Birlik və səmimiyyət nümunəsi
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun keçirdiyi görüşlər buna əyani sübutdur
Elçin İSMAYIL
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən kəndlərdə mütəmadi olaraq görüşlər keçirir, mövcud problem və çatışmazlıqları yerindəcə öyrənir, onların həlli istiqamətində göstəriş və tapşırıqlarını verir.
Rayonun II Şıxlı kəndində keçirilən görüş də bu istiqamətdə keçirildi. Rəcəb Babaşov onunla görüşə gəlmiş yüzlərlə kənd sakinini salamladıqdan sonra rayonumuzda görülmüş və həyata keçirilən işlər barədə söz açdı. Bildirdi ki, təqribən ötən 3 ay müddətində rayonumuzda xeyli işlər görülmüş, çoxlu sayda problem öz müsbət həllini tapmışdır. Rayonumuzun giriş hissəsi olan obelisk bu gün sözün əsl mənasında göz oxşayır. Dörd yolun qovuşacağında yerləşən məşəl meydanı da əsaslı şəkildə yenidən qurulmuş, yaşıllığa və gül-çiçəyə qərq olmuşdur. Bayraq meydanında işlər başa çatmaq üzrədir. Tikinti-quruculuq işləri şəhərdə deyil, kəndlərimizdə də davam edir. Bu gün Qazax-Kosalar asfalt yolu çəkilir və yaxın günlərdə başa çatacaqdır. I Şıxlı kəndində kəndli-fermer təsərrüfatı üçün anbar inşa olunur. Məzəm, Bala Cəfərli, Quşçu Ayrım kəndlərində istinad divarları çəkilir, pəncərələr hörülür. Onlarla şəhid ailələrinin, Qarabağ əlillərinin evlərində təmir-tikinti işləri aparılır. Qazaxbəyli, Aslanbəyli kəndlərinə içməli su çəkilmişdir. Ürkməzli kəndinin bir hissəsinə də su çəkilmişdir. Bu gün biz onun açılışını edəcəyik. Bir sözlə, bütün sahələrdə tikinti-quruculuq işləri həyata keçirilir. Bu, belə də olacaq və artan templə davam edəcəkdir.
Sonra kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qabil Məmmədov II Şıxlıda 2016-cı ildə görülən kənd təsərrüfatı işləri barədə məlumat verərək bildirdi ki, taxıl biçini vaxtında başa çatdırılmış və kifayət qədər məhsul əldə edilmişdir. Suvarma problemləri aradan qaldırılmış və əhali əkin suyu ilə kifayət qədər təmin olunmuşdur. Təsərrüfat səhələrinin inkişafı üçün kəndimizdə münbit şərait vardır.
Digər sahələrdən də söz açılıb. Rəcəb Babaşov təhsil sahəsində göstəricilərin aşağı səviyyədə olduğunu bildirərək bu səhədə tədbir görmək üçün rayon təhsil şöbəsinə tapşırıq verib.

Görüşdə İcra Başçısı rayonumuzda şəhidlərə böyük ehtiram göstərildiyini bildirərək, istər şəhərdəki, istərsə də ayrı-ayrı kəndlərdəki şəhidlər xiyabanlarında təmir-bərpa işlərinin görülməsindən söz açaraq II Şıxlıdakı şəhidlər xiyabanının da təmirə ehtiyacı olduğunu qeyd etdi və müvafiq göstəriş verdi. Sınıq Körpü sərhəd keçid məntəqəsinin yanında əhalinin öz məhsullarını satmaları üçün yaxın vaxtlarda müasir tipli kiçik bir bazarın yaradılacağını bildirdi.
İcra Başçısı kənddə yaradılmış işçi qrupunun fəaliyyətini dinlədi və lazımi göstərişlərini verdi.
Sonra görüş iştirakçılarından Raya Orucova, Nailə Alıyeva, Məhəbbət İsmayılova, Tahir Hüseynov, Qurban Mikayılov, Müsəmbər Hacıyeva, Vidadi Kələşov, Rəna Yusifova və başqaları çıxış edərək öz arzu və xahişlərini bildirdilər, onları narahat edən məsələlərdən danışdılar.
Rəcəb Babaşov bütün söz alanları diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə əlaqədar təşkilatların rəhbərlərinə müvafiq göstərişlər verdi.
Günün ikinci görüşü rayonun I Şıxlı kəndində oldu. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra söylədi ki, ilk görüşdə demişdim ki, mən daim sizin yanınızda olacağam. Bu gün gəlmişəm ki, kənddə mövcud vəziyyəti öyrənək. Məhsul istehsalını, onun satışını, əkinin necə getdiyini sizinlə birlikdə müzakirə edək. Qarşıdan qış fəsli gəlir. Qışa necə hazırlaşmaq barədə vacib olan məsələlərdən danışaq.
Sonra R.Babaşov bildirdi ki, kənddəki içməli su problemini bilirəm. Artıq 3 kəndimizdə içməli su çəkilmişdir. Məsələ qaldırılıb, bu kənddə də qısa zaman kəsiyində içməli su mütləq olacaqdır.

Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Abdullayev kənd təsərrüfatı işinin gedişatı barədə icra başçısına və tədbir iştirakçılarına məlumat verdi. Aydın oldu ki, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində kənddə elə bir problem yoxdur. İllərdən bəri suvarma suyundan korluq çəkən I Şıxlıda bu il belə bir problem yaşanmamışdır. Ona görə də sakinlər gələn il daha çox sahədə əkin aparmağı qərara almışlar.
Çıxış edənlər də nikbin əhval-ruhiyyədə olduqlarını bildirdilər. Sahibkar Natiq Məmmədov söz alaraq onun işləri ilə mütəmadi olaraq maraqlandığına görə R.Babaşova rəhbəri olduğu I Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi adından öz dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu gün rayonumuzda bütün sahələrlə yanaşı sahibkarlıqla məşğul olmaq üçün də münbit şərait yaradılmışdır. Kənddəki işçi qrupunun üzvü Bayram Musayev də təsərrüfatla məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. Kənd sakini Tahir Musayev isə öz çıxışında kəndə gələn arxın beton üzlüyə alınmasını xahiş etdi.
Görüşdə başqa sahələrlə yanaşı təhsildən də geniş söz açıldı. Məktəbin müəllimi Oruc Məmmədov öz çıxışında müəllim və valideyn münasibətlərinə toxunaraq onun gücləndirilməsinin vacibliyini vurğuladı.
I Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev isə öz çıxışında təhsilə göstərdiyi diqqət və qayğıya görə icra başçısına minnətdarlığını bildirdi və bu qayğıya daha yüksək nəticələrlə cavab verəcəklərini söylədi.
Ürkməzli kəndində isə camaat yeni istifadəyə veriləcək bulağın ətrafına toplaşmışdı. Hamının üzündə bir sevinc və fərəh hissi var idi.
Rayon rəhbərliyi öz çıxışını yeni bulaq haqqında danışmaqla başladı. Bildirdi ki, 2 km-ə yaxın məsafədən çəkilmiş yeni bulaqdan 70 ailə istifadə edəcəkdir. Qeyd etdi ki, başlanan bu quruculuq prosesi artan templə davam edəcək və istər su, istər yol, istərsə də digər problemlər zaman-zaman öz həllini tapacaqdır. Buna tam əmin ola bilərsiniz.
Qarabağ əlili Nüsrət Musayev, anası Ayna Nəsirova söz alaraq rayon rəhbərliyinə evlərinin təmirinə və orada aparılan tikinti işlərinə, yaşadıqları evin əsaslı şəkildə yenidən qurulmasına göstərdiyi köməyə görə icra başçısına ailəsi adından öz minnətdarlıqlarını bildirdilər.
Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, mədəniyyət işçisi Gülsənəm Cəlili və başqaları öz çıxışlarında minnətdarlıq hisslərini ifadə etdilər.
Həmin gün Ürkməzli kəndinin Yavıqlı adlanan yaşayış massivində içməli su problemi öz həllini tapdı.
Burada olan sevinc və fərəh hissindən Dəmirçilər kəndinin sakinlərinə də pay düşmüşdü. Görüşə gələnlərin hər birinin üzündə bir təbəssüm var idi.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sakinləri salamladıqdan sonra rayonumuzda görülən tikinti-quruculuq işləri barədə söz açdı. Qazaxın simasının günü-gündən dəyişdiyini, şəhərimizin get-gedə gözəlləşdiyini qeyd etdi.
Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Gülnaz Mahmudova 2016-cı ildə görülmüş işlər barədə məlumat verərək qeyd etdi ki, kənd təsərrüfatında builki göstəricilərimiz qənaətbəxşdir. Torpağımız münbitdir. Suyumuz var. Yaxın günlərdə rayonumuza yeni texnika da gətiriləcəkdir. Bütün bunlar kənd camaatında böyük ruh yüksəkliyi yaratmışdır. Vaxtilə əli torpaqdan soyuyan kəndli rayon rəhbərliyinin qayğısı sayəsində yenidən torpağa qayıtmış, əkin-biçinlə həvəslə məşğul olmağa başlamışdır. Ona görə də gələn il kənddə demək olar ki, boş yer qalmayacaq və əkin sahələri genişləndiriləcəkdir.
Kənd sakinlərindən Allahverən Yusifov, Dilqəm Mustafayev, Cahan Qəmbərova, Allahverdi Nəsirov, Laçın Qurbanov, Çimnaz Hacıyeva, Gülnar Osmanova çıxış edərək həm qayğı və çatışmazlıqlardan danışdılar, həm də rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Qarabağ əlili Habil Xəlilov evlərini əsaslı şəkildə təmir və bərpa etdirdiyinə görə Rəcəb Babaşova ailəsi adından öz təşəkkürünü bildirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq vətəndaşların qaldırdığı bütün məsələlərin diqqətdən kənarda qalmayacağını, problem və çatışmazlıqların zaman-zaman həll ediləcəyini bildirdi.

Facebook-da paylaş