Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən
fərdi şəkildə qəbul edib. Respublika Prezidenti İlham Əliyevin tapşırıq və
tövsiyələrinə əsasən keçirilən bugünkü fərdi qəbulda da vətəndaşları narahat
edən bir sıra məsələlər dinlənilib. Şəhər sakini Qaybalıyeva Çimnaz Şükür qızının və
Ağköynək kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Namazov Əzim Namaz
oğlunun mənzillə təmin olunması barədə müraciətlərinə cavab olaraq boş yer
yaranan zaman istəklərinə baxılacağı bildirilib. Şəhər sakinləri Əliyeva Ruhiyyə Xəlil qızının, Orucova
Dürdanə Məmməd qızının, Qurbanova Nərmin Qurban qızının, İkinci Şıxlı kənd
sakini Süleymanova Samirə Mübariz qızının müxtəlif
səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş