• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Şəhər sakini Əhmədova Afət Zakir qızı işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri sənədlərini təqdim etməsini və ixtisasına uyğun boş iş yeri olan zaman məlumat veriləcəyini bildirib.

Şəhər sakinlərindən Hüseynova Firəngiz Qələndər qızının, Salmanov Ərxan Eldar oğlunun, İkinci Şıxlı kənd sakini Göyüyeva Vüsalə Ayaz qızının, Cəfərli kənd sakini Mehtiyeva İradə Hacıtağı qızının müxtəlif səpkili müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş