• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək demək olar ki, həftənin bütün günləri fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlər verir.

Bu gün fərdi qəbul keçirən İcra Başçısı ərizələrinə əsasən bir qrup rayon sakinini qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.

Şəhər sakini Hüseynova Səadət Səyad qızı ərizə ilə rayon rəhbərliyinə müraciət edib. İcra Başçısı vətəndaşa ünvanlı sosial yardımla əlaqədar köməklik göstərilməsi barədə göstəriş verib.

Çaylı kənd sakini Tağıyev Orxan Vaqif oğlu qəbulda olaraq rayon rəhbərliyindən həyat yoldaşı Tağıyeva Gülnar Famil qızının işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. İcra Başçısı G.Tağıyevanın kənddə bağça açılan zaman işlə təmin olunması ilə bağlı tapşırıq verib.

Aşağı Əskipara kənd sakini, Qazaxbəylidəki məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Alıyev Kamal Abbas oğlu nəvəsinin işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa kompyuter kursuna getməsi tövsiyə olunub. Sonra işlə təmin olunacağı bildirilib.

Kəmərli kənd sakini Yusifov Məzahir Cavad oğlunun, Quşçu Ayrım kənd sakini Bayramova Zenfira Zirəddin qızının, Bağanıs Ayrım kənd sakini Xasayeva Pəri İnayət qızının, Aslanbəyli kənd sakini Yunusov Füzuli Mirzalı oğlunun, şəhər sakini Əliyeva Şəbnəm Faiq qızının müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Facebook-da paylaş