Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək fərdi qəbullar keçirir, rayon sakinlərini diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verir.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən qəbul edib. Vətəndaşlar müxtəlif məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət ediblər.
Çaylı kənd sakini İsmayılov Mayıl Zöhrab oğlu işdən haqsız olaraq çıxarıldığını bildirərək işə bərpa olunmaq barədə müraciət edib. Onun müraciəti rayon rəhbərliyi tərəfindən müsbət cavablandırılıb və bununla bağlı göstəriş verilib.
Daş Salahlı kənd sakini, Qarabağ müharibəsi veteranı, II qrup əlil Hüseynov Bəhruz Hüseyn oğlunun müraciətinə İcra Başçısı həssaslıqla yanaşıb. Vətəndaşın həyat yoldaşının işlə təmin olunmasına köməklik göstərilməsi tapşırılıb.
Daha bir veteran, şəhər sakini Namazlı Kəmalə Nəsib qızının işlə təmin olunmasına dair müraciəti də diqqətlə dinlənilib və bununla əlaqədar rayon rəhbəri tərəfindən köməklik göstərilməsi barədə göstəriş verilib.
Şəhər sakini, xalça müəssisəsində toxucu işləyən Mansurova Nəzakət Allahverdi qızı işlə təmin olunduğu üçün İcra Başçısına minnətdarlıq etdikdən sonra həyat yoldaşının da iş məsələsinə köməklik göstərilməsini xahiş edib. Rəcəb Babaşov vətəndaşı diqqətlə dinlədikdən sonra onun müraciətinin müsbət həll olunması üçün tapşırıq verib.
Çaylı kənd sakini, təqaüdçü Hüseynəliyev Nofəl Əlipaşa oğlunun, Orta Salahlı kənd sakini Çoyuşova Təranə Şəmşayıl qızının, şəhər sakinləri Həsənov Rafiq Məhəmmədəli oğlunun, Abdalova Muluxsa Müslüm qızının, Alpoud kənd sakini Nəsibov Eldar Nəsrəddin oğlunun müxtəlif səpkidə olan müraciətləri İcra Başçısı tərəfindən müvafiq olaraq cavablandırılıb.

GOYEZEN.AZ
Facebook-da paylaş