• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ənənəsinə uyğun olaraq bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

Vətəndaşlar əsasən işlə təmin olunmaq barədə müraciət ediblər. Yuxarı Əskipara kəndindən olan məcburi köçkün Tağıyev Ramin Vaqif oğlu işlə təmin olunmaq məqsədilə rayon rəhbərliyinə müraciət edib. İcra Başçısı vətəndaşın mart ayında “İnvestel GROUP” MMC-də müvafiq işlə təmin olunması barədə tapşırıq verib.

Məzəm kəndindən olan şəhid ailəsi Məmmədova Fazilə Məsim qızı oğlunun, Hüseynbəyli kənd sakini Abbasova Gülnar Cəlil qızı özünün, Ürkməzli kənd sakini İbrahimov Faiq Çoban oğlu oğlunun, Daş Salahlı kənd sakini Osmanov Şükür Aslan oğlu özünün işlə təmin olunmaları barədə müraciətləri də rayon rəhbərliyi tərəfindən müsbət cavablandırılıb. İcra Başçısı vətəndaşların müvafiq olaraq işlə təmin edilmələri ilə bağlı göstərişlər verib.

İkinci Şıxlı kənd sakinlərindən Cəfərov Arzu Qiyas oğlunun, Nəsibov Mehdi Alqazax oğlunun, Mirzəyev Amil Əliqulu oğlunun, Qurbanov Natiq Qumsul oğlunun mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar müraciətləri də rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənilib. İcra Başçısı vətəndaşların torpaqlarının sənədləşməsinə köməklik göstərilməsi barədə göstəriş verib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş