• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda vətəndaşlar fərdi qəbul edilib

Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün iş saatının bitməsinə baxmayaraq vətəndaşları fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

II qrup Qarabağ müharibəsi əlili İbrahimov Namiq Tofiq oğlu qonşuları Məmmədov İnayət Nəsir oğlu, Əhmədov Məmməd İmanqulu oğlu, Nəbiyev Musa Xaliddin oğlu, Allahverənov Şirzad İsrafil oğlu ilə birlikdə fərdi qəbulda olub. Vətəndaşlar yaşadıqları N.Nərimanov yaşayış massivində görülən işlərə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı, içməli su sarıdan korluq çəkdiklərini qeyd ediblər. İcra Başçısı onları diqqətlə dinlədikdən sonra Su-Kanal İdarəsinə həmin əraziyə yeni su xətti çəkərək bulaq tikilməsi barədə göstəriş verib. Qəbulda olan vətəndaşlar problemin həll olunması istiqamətində verdiyi tapşırığa görə rayon rəhbərliyinə razılıq ediblər.

Şəhər sakinlərindən - Qarabağ müharibəsi veteranı Səmədov Namiq Mahal oğlu, Əhmədov Tural İsə oğlu və Daş Salahlı kəndində yaşayan Binnətov Aslan Dilənçi oğlu işlə təmin olunmalarına köməklik göstərilməsi ilə əlaqədar rayon rəhbərliyinə müraciət ediblər. Sakinləri dinlədikdən sonra İcra Başçısı onların müvafiq işlə təmin olunmaları barədə göstəriş verib.

Daş Salahlı kənd sakinlərindən Yaqubov Osman Sanı oğlu və İsgəndərov İbrahim Qəhrəman oğlu isə torpaq sənədinin başqasının adına yazılması ilə əlaqədər yaranmış problemlə bağlı müraciət ediblər. Rayon rəhbərliyi məsələnin həlli istiqamətində müvafiq tapşırıq verib.

Şəhər sakini Əhmədova Firuzə Misir qızının qardaşı qızı İbrahimova Aygün Mehman qızının ailə məsələsi ilə bağlı müraciəti də müvafiq olaraq cavablandırılıb.

Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
Qazaxda vətəndaşlar fərdi qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş