• Təqvim

  • Maraq



Vətəndaşlar fərdi qəbul edilib

Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini qəbul edir, onların qayğı və problemləri ilə maraqlanır. Bunun nəticəsidir ki, qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərliyinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.

Bu gün İcra Başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib.
Vətəndaşlar fərdi qəbul edilib
Kosalar kənd sakini Rüzgari Fəridə Əfqan qızı işlə təmin olunması barədə müraciət edib.

Daş Salahlı kənd sakini İbrahimov Elmar Eldar oğlu marşrutla bağlı etdiyi müraciətin müsbət həll olunduğu üçün İcra Başçısına minnətdarlığını bildirib.

Birinci Şıxlı kənd sakini İbrahimov İsrayıl Əhməd oğlu elektrik xəttində yaranmış nasazlıqla bağlı müraciətinə İcra Başçısı səbəbinin araşdırılıb vətəndaşa kömək göstərilməsi barədə tapşırıq verib.

Xanlıqlar kənd sakinlərindən Məmmədova Şəlalə Bahadur qızı və həyat yoldaşı Bəkirov Xəyal İbrahim oğlu ailə məsələsi ilə bağlı müraciət ediblər.

Şəhid analarından Pirvəliyeva Gülnarə İmran qızının və Hacıyeva Sarabəyim Əhəd qızının etdikləri müraciətlərin həll olunması üçün rayon rəhbərliyi aidiyyatı üzrə tapşırıqlar verib.

Qazax şəhər sakini Yusifova Gülyanaq Telman qızı işlədiyi 4 saylı körpələr evi-uşaq bağçasında aylıq tarif maaşının artırılmasını xahiş edib. İcra Başçısı bu məsələnin artıq dünən həll olunduğunu qeyd edib. Bu məlumatı alan kimi vətəndaş rayon rəhbərliyinə hədsiz təşəkkürünü bildirib.

GOYEZEN.AZ

Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib
Vətəndaşlar fərdi qəbul edilib


Facebook-da paylaş