İcra başçısı çoxmənzilli binalarda görülən son tamamlanma işləri ilə maraqlanıb
Bu gün ölkə
rəhbəri tərəfindən düşünülmüş siyasətin, atılan uğurlu addımların, həyata
keçirilən genişmiqyaslı layihələrin nəticəsidir ki, Azərbaycan dövləti özünün
inkişaf dövrünü yaşayır. Son illər ölkəmizin bütün sahələr üzrə nail olduğu
uğur və nailiyyətlər, əldə etdiyi yüksək göstəricilər bunu söyləməyə böyük
zəmin yaradır. Azərbaycanda bütün sahələrdə olan inkişafı paytaxtla yanaşı,
respublikamızın bütün bölgələrinin timsalında da görmək olur. Bu gün elə bir
bölgə tapılmaz ki, orada olan inkişafın, yeniliyin şahidi olmayasan. Respublika
Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 3 ildə gündən-günə
inkişaf edən rayonlardan biri də Qazax rayonudur. Bu gün rayonda aparılan abadlıq
və quruculuq işlərinə nəzər yetirsək aydın şəkildə görərik ki, rayonumuz böyük
bir tikinti meydançasını xatırladır. Sevindirici hal
isə odur ki, bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış
binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham
Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163
çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin
istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur. Əvvəlki illərdə
olduğu kimi, bu il də çoxmənzilli binaların təmirinə böyük sürətlə start
verilib. Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4
blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2
bloklu 179 saylı, 127, 171, Azadlıq küçəsi 107 saylı, Bakı küçəsi 1 ünvanında
yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada, eləcə də Ələddin Qədirov
küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da təmir
işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında
isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib. Azadlıq küçəsində
yerləşən 31,32,33 saylı binaların dam örtüyünün dəyişdirilməsi işi də başa
çatıb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin H.Əliyev prospektində
yerləşən 175 və 173 saylı binalarda görülən son tamamlanma işləri ilə tanış
olub. Rayon rəhbərinə
məlumat verilib ki, hər iki binada bloklarda əsas işlər tam yekunlaşıb. Belə
ki, suvaq və üzlük vurulması, elektrik xətlərinin səliqəyə salınması tam başa
çatıb. Bundan başqa, blokların giriş hissəsinə yeni qapılar qoyulub. Hazırda
binaların xarici fasadında suvaqdan sonra ikinci qat üzlük vurulması işləri
aparılır və yekunlaşmaq üzrədir. Həmçinin, binaların həyətində aparılan abadlıq
işləri də bitib. Rayon rəhbəri
işlərin sürətləndirilməsini bildirib və bəzi tapşırıqlarını verib. Yaşadıqları
binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər
respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə
dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. H.Əliyev prospekti 175 saylı bina GOYEZEN.AZH.Əliyev prospekti 175 saylı bina
H.Əliyev prospekti 173 saylı bina
Facebook-da paylaş