İcra başçısı görülən işlərlə maraqlanıb
Bu gün tam əminliklə deyə
bilərik ki, gündən-günə inkişaf edən Qazax rayonunda bütün sahələr inkişaf
edir. Rayonda aparılan abadlıq, tikinti-quruculuq işlər bunu söyləməyə əsas
verir. İstər yeni bağçaların, məktəblərin tikilməsi, istər yeni yolların
çəkilməsi, bir sözlə, bütün sahələrdə görülən işlər Qazaxda olan inkişafdan
xəbər verir. Rayonda ölkə rəhbərinin
müvafiq Sərəncamlarına əsasən həyata keçirilən işlərdən biri də çoxmənzilli
binaların əsaslı təmir olunmasıdır. Görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından
artıq 100-dən çoxu təmir olunub. Sevindirici haldır ki, çoxmənzilli
yaşayış binalarında aparılan təmir işləri bu il də davam etdirilir. Belə ki, hazırda
şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən
ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq
küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən
206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər
evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30
mənzilli binada isə təmir işləri yekunlaşıb. Təmir işləri başlayan ilk gündən rayon rəhbərliyi çoxmənzilli
binalarda görülən işləri daim diqqət mərkəzində saxlayır, işlərin keyfiyyəti ilə
maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Heydər Əliyev prospektində
yerləşən 173 və 175 saylı binalarda, eləcə də Azadlıq küçəsində yerləşən 206A
saylı binanın qarşısında tikilən xeyir-şər evində görülən işlərlə tanış olub. Rayon rəhbərinə bildirilib
ki, bütün binalarda işlərin böyük hissəsi görülüb, demək olar ki, yekunlaşmaq
üzrədir. Bina
sakinləri Qazaxda görülən genişmiqyaslı işlərə, vətəndaşların
yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə,
xüsusilə də çoxmənzilli binaların təmirinə görə dövlət başçısı İlham Əliyevə
hər zaman minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Heydər Əliyev prospekti - 173 saylı bina
Heydər Əliyev prospekti - 175 saylı bina
Azadlıq küçəsi - 206A saylı bina
Facebook-da paylaş