İcra başçısı çoxmənzilli binalarda yaşayan sakinləri yel çərşənbəsi münasibətilə təbrik edib
Bu gün böyük bir tikinti
meydançasına bənzəyən Qazax rayonunda bütün sahələr inkişaf edir. Kənd
təsərrüfatından tutmuş sosial obyektlərin inşası, yeni sənaye müəssisələrinin
yaradılması, rayonda yeni iş yerlərinin açılması, demək olar ki, bütün sahələr
daim diqqət mərkəzində saxlanılır. Artıq 3 ilə yaxındır ki, rayonda olan bu
inkişafı aparılan abadlıq, tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək
olar. İstər yeni bağçaların, məktəblərin tikilməsi, istər yeni yolların
çəkilməsi, bir sözlə, bütün sahələrdə olan inkişaf nəzərə çarpacaq dərəcədədir.
Qazaxda ölkə başçısının
müvafiq Sərəncamları ilə həyata keçirilən işlərdən biri də çoxmənzilli
binalarda aparılan təmir işləridir. Həmin Sərəncamların uğurla icra edilməsinin
nəticəsidir ki, rayonda mövcud olan 163
çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub.
Ötən il çoxmənzilli yaşayış
binalarında aparılan təmir işləri bu il də davam etdirilir. Belə ki, hazırda
şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət
olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi
107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A
saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi
tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli
binada isə təmir işləri yekunlaşıb.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtükləri dəyişdiriləcək Azadlıq
küçəsi 31, 31 A, 32 və 33 saylı binalarda yaşayan sakinlərlə görüşüb.
32 saylı
binanın həyətində sakinlərlə görüşən icra başçısı bütün bina sakinlərini yel
çərşənbəsi münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rayonda həyata
keçirilən işlərdən danışan rayon rəhbəri əhalinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə prezidentinin
imzaladığı Sərəncamların da sakinlərin rahatlığının təmininə yönəldiyini qeyd
edib. Respublikanın
şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə
bağlı əlavə tədbirlər haqqında imzalanan 4 fevral 2019-cu il
tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi
qiymətləndirib. İcra başçısı digər çoxmənzilli binalarda olduğu kimi, ötən il
blok və fasadında təmir işləri aparılan bu binaların da dam örtüklərinin
dəyişdiriləcəyini və bu gündən işlərə başlanıldığını qeyd edib.
İcra
başçısı ilə səmimi söhbət edən bina sakinləri Qazaxda görülən genişmiqyaslı
işlərə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə dövlət
başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları binaların
təmir olunmasını, indi isə dam örtüklərinin dəyişdirilməsini onlara göstərilən
diqqət və qayğı kimi qiymətləndiriblər. Novruz bayramı ərəfəsində binanın dam
örtüyünün dəyişdirilməsi xəbərini sevinc hissi ilə qarşıladıqlarını və əsl
bayram hədiyyəsi olduğunu bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş