İcra başçısı dam örtükləri dəyişdiriləcək çoxmənzilli binalarda olub
Artıq 3 ilə
yaxındır ki, Qazaxda bütün sahələrdə genişmiqyaslı tikinti-quruculuq işləri
aparılır. Gündən-günə simasını dəyişən rayonda həyata keçirilən işlərdən biri
də çoxmənzilli binalarda aparılan təmir işləridir. Belə ki, ölkə başçısının
müvafiq Sərəncamları ilə rayonda olan çoxmənzilli yaşayış binaları əsaslı
şəkildə təmir olunur, dam örtükləri dəyişdirilir. Görülən bu işlərin
nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli
yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Ötən yazılarımızda məlumat
verdiyimiz kimi, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4
blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2
bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır.
Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə
sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1
ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə təmir işləri
yekunlaşıb. Bu gün isə
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtükləri
dəyişdiriləcək bir neçə binada olub. Şəhərin Azadlıq küçəsi 31, 31 A, 32 və 33
saylı binalarda yaşayan sakinlərlə görüşən icra başçısı rayonda görülən
işlərdən söz açıb. Həyata keçirilən işlərin arasında əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə
başçısının imzaladığı Sərəncamların da məhz bu məqsədə xidmət etdiyini qeyd
edib. Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli
binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında
imzalanan 4 fevral 2019-cu il tarixli Sərəncamda rayonumuzun da qeyd
olunduğunu vurğulayan rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da
geniş vüsət alacağını bildirib. Digər çoxmənzilli binalarda olduğu kimi, ötən
il blok və fasadında təmir işləri aparılan bu binaların da dam örtüklərinin dəyişdiriləcəyini
qeyd edib. İcra
başçısı ilə səmimi söhbət edən bina sakinləri Qazaxda görülən
genişmiqyaslı işlərə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması
istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə
görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları
binaların təmir olunmasını, indi isə dam örtüklərinin dəyişdirilməsini onlara
göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. GOYEZEN.AZ
Azadlıq küçəsi 31 saylı bina
Azadlıq küçəsi 31A saylı bina
Azadlıq küçəsi 32 saylı bina
Azadlıq küçəsi 33 saylı bina
Facebook-da paylaş