Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı dam örtükləri dəyişdiriləcək çoxmənzilli binalarda olub
İcra başçısı dam örtükləri dəyişdiriləcək çoxmənzilli binalarda olub11-03-2019, 20:54 |
Artıq 3 ilə yaxındır ki, Qazaxda bütün sahələrdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Gündən-günə simasını dəyişən rayonda həyata keçirilən işlərdən biri də çoxmənzilli binalarda aparılan təmir işləridir. Belə ki, ölkə başçısının müvafiq Sərəncamları ilə rayonda olan çoxmənzilli yaşayış binaları əsaslı şəkildə təmir olunur, dam örtükləri dəyişdirilir. Görülən bu işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Ötən yazılarımızda məlumat verdiyimiz kimi, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə təmir işləri yekunlaşıb. Bu gün isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtükləri dəyişdiriləcək bir neçə binada olub. Şəhərin Azadlıq küçəsi 31, 31 A, 32 və 33 saylı binalarda yaşayan sakinlərlə görüşən icra başçısı rayonda görülən işlərdən söz açıb. Həyata keçirilən işlərin arasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə başçısının imzaladığı Sərəncamların da məhz bu məqsədə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzalanan 4 fevral 2019-cu il tarixli Sərəncamda rayonumuzun da qeyd olunduğunu vurğulayan rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da geniş vüsət alacağını bildirib. Digər çoxmənzilli binalarda olduğu kimi, ötən il blok və fasadında təmir işləri aparılan bu binaların da dam örtüklərinin dəyişdiriləcəyini qeyd edib. İcra başçısı ilə səmimi söhbət edən bina sakinləri Qazaxda görülən genişmiqyaslı işlərə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları binaların təmir olunmasını, indi isə dam örtüklərinin dəyişdirilməsini onlara göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. Azadlıq küçəsi 31 saylı binaAzadlıq küçəsi 31A saylı binaAzadlıq küçəsi 32 saylı binaAzadlıq küçəsi 33 saylı bina
GOYEZEN.AZ Geri qayıt |