Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı çoxmənzilli binalarda görülən son tamamlanma işləri ilə maraqlanıb
İcra başçısı çoxmənzilli binalarda görülən son tamamlanma işləri ilə maraqlanıb23-04-2019, 21:52 |
H.Əliyev prospekti 175 saylı binaBu gün ölkə rəhbəri tərəfindən düşünülmüş siyasətin, atılan uğurlu addımların, həyata keçirilən genişmiqyaslı layihələrin nəticəsidir ki, Azərbaycan dövləti özünün inkişaf dövrünü yaşayır. Son illər ölkəmizin bütün sahələr üzrə nail olduğu uğur və nailiyyətlər, əldə etdiyi yüksək göstəricilər bunu söyləməyə böyük zəmin yaradır. Azərbaycanda bütün sahələrdə olan inkişafı paytaxtla yanaşı, respublikamızın bütün bölgələrinin timsalında da görmək olur. Bu gün elə bir bölgə tapılmaz ki, orada olan inkişafın, yeniliyin şahidi olmayasan. Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son 3 ildə gündən-günə inkişaf edən rayonlardan biri də Qazax rayonudur. Bu gün rayonda aparılan abadlıq və quruculuq işlərinə nəzər yetirsək aydın şəkildə görərik ki, rayonumuz böyük bir tikinti meydançasını xatırladır. Sevindirici hal isə odur ki, bu gün rayonda bütün sahələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq sakinlərin istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani sübutudur. Əvvəlki illərdə olduğu kimi, bu il də çoxmənzilli binaların təmirinə böyük sürətlə start verilib. Hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, 127, 171, Azadlıq küçəsi 107 saylı, Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada, eləcə də Ələddin Qədirov küçəsində yerləşən 2 mərtəbəli 2 və 3 bloklu 2,3,4 saylı binalarda da təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilib. Azadlıq küçəsində yerləşən 31,32,33 saylı binaların dam örtüyünün dəyişdirilməsi işi də başa çatıb. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin H.Əliyev prospektində yerləşən 175 və 173 saylı binalarda görülən son tamamlanma işləri ilə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, hər iki binada bloklarda əsas işlər tam yekunlaşıb. Belə ki, suvaq və üzlük vurulması, elektrik xətlərinin səliqəyə salınması tam başa çatıb. Bundan başqa, blokların giriş hissəsinə yeni qapılar qoyulub. Hazırda binaların xarici fasadında suvaqdan sonra ikinci qat üzlük vurulması işləri aparılır və yekunlaşmaq üzrədir. Həmçinin, binaların həyətində aparılan abadlıq işləri də bitib. Rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib və bəzi tapşırıqlarını verib. Yaşadıqları binaların təmir olunmasını razılıq hissi ilə qarşılayan sakinlər son illər respublikamızda, eləcə də Qazaxda aparılan abadlıq və quruculuq işlərinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. H.Əliyev prospekti 175 saylı bina
H.Əliyev prospekti 173 saylı bina
GOYEZEN.AZ Geri qayıt |