• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb


Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 12-dən may ayının 12-dək keçiriləcək əhalinin tibbi müayinəsi aksiyası da belə tədbirlərdəndir.

Səhiyyə Nazirliyinin müvafiq Sərəncamına əsasən 3 ay davam edəcək aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında həyata keçirilir.

Aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.    

Artıq bu gündən tibbi müayinəyə start verilib. Aksiyanın həyata keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər Poliklinikasında müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait yaradılıb.

İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir.

GOYEZEN.AZ



Facebook-da paylaş