Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Günəş Ömürlü İnsan” başlıqlı Kitab Bayramı keçirilib
Mayın 8-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Günəş Ömürlü İnsan” başlıqlı Kitab Bayramı keçirilib.
Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax–Tovuz Regional Mədəniyyət İdarəsinin rəis müavini Səbuhi Xasməmmədov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin nümayəndələri, Regional Mədəniyyət İdarəsinin Mərkəzi Kitabxana Sistemlərinin rəhbərləri, şəhid ailələri və qazilər, Qazax Dövlət Dram Teatrının aktyorları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, mədəniyyət işçiləri, KİV nümayəndələri iştrak ediblər.
Mədəniyyət Mərkəzinin qarşısına mövzuya uyğun olaraq “Kitab Bayramı”, “Zamanı aşan sözlər” başlıqlı banerlər yerləşdirilib. Mərkəzdə olan kitablardan ibarət “Oxu” sözü yazılıb.
“Qürurumuzsan... Sərvətimizsən!”, “İlham Əliyev - Qalib Xalq, Qalib Sərkərdə”, Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi “Gənclər tariximizi olduğu kimi bilməlidirlər”, “2024-cü il Yaşıl dünya naminə həmrəylik ili: Təbiət Allahın şah əsəridir”, “Zəfər yazan gənclərimiz”, “Qayıdan torpaqlar, qayıtmayan oğullar”, Ümummilli Lider Heydər Əliyevin dəyərli fikri olan “Kitabxana xalq üçün, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”, “Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir”, “Şairlər Vətəni Qazaxım mənim”, “Qazax - məğrur bir adın var: Qərbin qapısı”, “Qədim yurd yerimiz – Qərbi Azərbaycan”, “Naxçıvan - əfsanələr diyarı, qədim mədəniyyət beşiyi”, “Şuşa mədəniyyətinin inciləri”, “Dilimiz milli sərvətimizdir”, “Prezidentin hədiyyəsi: Yeni kitablar” və s. başlıqlarda kitab sərgisi təşkil olunub.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Xədicə Musayeva, Validə Novruzova, Aygün Abdullayeva, Aylin Xudiyeva, Yusif Ramazanlı, Sultan Carçılı, İbrahim Süleymanlı, Xədicə Hüseynzadə, Yusif Vəlizadə, Aytac Nəbiyeva xüsusi tərtibatla təşkil olunan sərgi ətrafında hər mövzuya uyğun şeirlər, müdrik kəlamlar söyləyiblər.
Məktəblilər xalça üzərində düzülmüş kitabları vərəqləyiblər. Qədim naxışlı xalçalarla bəzədilmiş pillələrdə dahi şairlərimizin, qəhrəmanlarımızın obrazlarını yaradan aktyorlar, məktəblilər kitabları vərəqləyiblər. Rayon rəhbərliyi və qonaqlar sərgilənən kitablara baxış keçirib, sərgilərlə tanış olublar.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Günəş Ömürlü İnsan” başlıqlı Kitab Bayramını açıq elan edib, tədbirin əhəmiyyətindən söz açıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.
Facebook-da paylaş