Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar - » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar - QAZAXDA

Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar -
İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.

Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradıldığı tarixi nəzərə alaraq tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında imzaladığı 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı ilə əlaqədar tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Aparatın məsul işçiləri, rayonda səhiyyə sahəsində çalışan işçilər və KİV nümayəndələri iştirak edib.
Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar -
Tədbir iştirakçıları əvvələcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar -
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq rayonda çalışan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan İcra Başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Rayon rəhbəri Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisini bu sahədə çalışan işçilərə, eləcə də düşmənlə sərhəddə yerləşən rayon sakinlərinə göstərilən diqqətin ən bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar -
Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə göstərdiyi diqqət və qayğıya görə bütün tibb işçiləri adından öz dərin minnətdarlığını bildirib.
Səhiyyə sahəsində çalışan işçilər təltif olunublar -
Qazax Rayonlararası Ruhi Xəstəxanasının baş həkimi Ramiz Mansurov, Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov, Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, həkim Şölə Mustafayeva çıxış edərək rayonda görülən genişmiqyaslı tikinti-quruculuq işlərinə və səhiyyə sahəsində çalışan insanlara göstərdiyi qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Rəhbərlik etdikləri tibb müəssisələrində görülmüş işlərdən söz açaraq bundan sonra da səhiyyənin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı Tamella Budaqovanın peşə bayramları münasibətilə həkimlərə həsr etdiyi şeiri həmkarlarına əsl bayram təbriki olub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səhiyyə sahəsində çalışan bir qrup tibb işçisinə peşə bayramları münasibətilə Fəxri Fərmanlar və gül dəstələri təqdim edilib.

Məzəm kəndində uzun müddət mama işləmiş və hazırda təqaüddə olan, şəhid anası Tamella Süleymanovaya da peşə bayramı münasibətilə hədiyyə və gül dəstəsi təqdim olunub.

GOYEZEN.AZ

Facebook-da paylaş