• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

Qazaxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Qazax rayon Mərkəzi Xəstəxanasınnda 17 iyun səhiyyə işçilərinin peşə bayramı qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə xəstəxananın baş həkimi Arzu Novruzov çıxış edərək 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonun bütün səhiyyə işçilərini təbrik edib.

A.Novruzov qeyd edib ki, səhiyyə işçilərinin bayramı Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yarandığı günə görə bu gün peşə bayramı kimi qeyd olunur. Bu bayramı səhiyyə işçilərinə ümummilli lider Heydər Əliyev bəxş edib. Ulu öndərin 2001-ci ildə imzaladığı sərəncama əsasən hər il 17 iyunda tibb işçilərinin peşə bayramı qeyd olunur.

Tədbirdə fərqlənən bir qrup səhiyyə işçisinə Fəxri Fərmanlar təqdim olunub.

Elçin İSMAYIL

Qazaxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Qazaxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub
Qazaxda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub


Facebook-da paylaş