• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirilib

Qazaxda “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirilib
Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemi ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirib.

Mədəniyyət Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şairlər, mədəniyyət işçiləri və rayon sakinləri iştirak edib.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra MKS-nin direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq ulu öndər Heydər Əliyevin bütün həyatını Azərbaycanın hərtərəfli inkişafına həsr etmiş mətin dövlət xadimi, xalqını hədsiz sevən qüdrətli şəxsiyyət olmasından söz açıb.

Tədbirin aparıcısı AYB Qazax zona filialının üzvü, “Qızıl qələm” mükafatıçısı, mədəniyyət işçisi, şair Kazım Kazımlı ulu öndərin işıqlı həyat yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qazaxda “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirilib
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin ziyalı təbəqəsinə, kitaba çox böyük əhəmiyyət verdiyini bildirib, ümummilli liderin xalqımız, rayonumuz haqqında söylədiyi dərin məzmunlu fikirlərini nəzərə çatdırıb.

Şairlərdən Tamella Poladlı, Gülsənəm Cəlilli, Asimə Hüseyn, Taleh Mansur ulu öndərə həsr etdikləri şeirlərini oxuyublar.

Sonra məktəblilər və fəal oxucular Heydər Əliyevə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər. Şəhər 2 saylı uşaq musiqi məktəbinin üçlükdən ibarət ansambılının və aşıq sinfinin şagirdlərinin ifasında mahnılar səsləndirilib, “Qönçə” rəqs qrupu üzvlərinin ifasında rəngarəng rəqs nümunələri göstərilib.
Qazaxda “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirilib
Qazaxda “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirilib
Sonda tədbir iştirakçıları “Bir adın var: Fövqəlbəşər”, “Heydər Əliyev ideyaları qalib gəlir”, “Tariximiz şərəfimiz”, “Dilimiz milli varlığımız”, “Vətənə qürur, Xalqa başsağlığı gətirən Şəhidlər!”, “Vətən torpağı bizi gözləyir”, Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş “Gözəllik və həqiqət şairi”, “Azərbaycan İslam Həmrəyliyi nümunəsidir”, “Şairlər vətəni Qazaxım mənim”, “Yeni kitablar” və s. başlıqda kitab sərgiləri ilə tanış olublar.

Qazaxda “Bir adın var: Fövqəlbəşər” adlı IX ənənəvi kitab bayramı keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş