• Təqvim

  • Maraq



Qazaxda görkəmli oftalmoloqun anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

Qazaxda görkəmli oftalmoloqun anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib
Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 94 il keçir.

Bu münasibətlə Qazax rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, rayonda çalışan göz həkimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

İlk öncə Azərbaycanın görkəmli oftalmoloquna həsr olunmuş “Zərifə xanım Əliyeva” adlı film nümayiş olunub.
Qazaxda görkəmli oftalmoloqun anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib
Qazax rayon İcra Hakimiyyti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək bildirib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti, unudulmaz xatirəsi illərdir ki, xatırlanır. Bütün həyatını xeyirxah əməllərə, dünya işığından məhrum olan, göz nurunu itirmiş və ya görmə qabiliyyəti zəifləmiş xəstələrə işıq paylamağa sərf etmiş, cəmi 62 il ömür sürmüş görkəmli akademikin həyat və ömür yolu bu gün xeyirxahlıq simvoluna, nəciblik timsalına çevrilib. Peşəsi, əməlləri, ictimai fəaliyyəti ilə işıqlı bir ömür yaşamış məşhur göz həkiminin yaddaşlarda qoyduğu silinməz izlər heç vaxt pozulmayacaqdır.
Qazaxda görkəmli oftalmoloqun anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib
Göz həkimlərindən Raqiyə İsmayılova, Rahilə Əhmədova, mədəniyyət və turizm şöbəsinin məsləhətçisi Nailə Əliyeva, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva çıxış edərək Zərifə xanımın keçdiyi ömür yolundan söz açıb, onun Azərbaycan xalqı üçün, Azərbaycan tibb elmi üçün həyata keçirdiyi misilsiz işlərdən danışıblar.

Qeyd ediblər ki, o, 200-dən artıq elmi məqalənin, 18 səmərələşdirci təklifin, 12 monoqrafiyanın həmmüəllifi və müəllifi olub. Zərifə xanımın oftalmologiya elminin inkişafındakı fəaliyyəti, xüsusilə traxoma əməliyyatının aparılması ilə əlaqədar istedadlı alimin apardığı axtarışlar heç vaxt unudulmayacaqdır.

GOYEZEN.AZ


Facebook-da paylaş