Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə kitab çap olunub
GOYEZEN.AZ AZƏRTAC-a əsasən bildirir ki, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, ədibin yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan əsər, eyni zamanda, bir sıra yeni ideyaları ilə seçilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” nəşriyyat evində yüksək poliqrafik keyfiyyətlə çap olunub.
Sentyabrın 28-30-da Bakıda baş tutacaq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Molla Pənah Vaqif” kitabının geniş təqdimatı keçiriləcək.
Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.
Facebook-da paylaş