Səhiyyə işçiləri öz peşə bayramlarını qeyd ediblər - Qazaxda
Qazax Müalicə Diaqnostika Mərkəzində də 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Mərkəzin baş həkimi Kamandar İbrahimov çıxış edərək Prezident İlham Əliyevə səhiyyəyə və tibb işçilərinə göstərdiyi diqqət və qayğıya görə bütün səhiyyə işçiləri adından öz dərin minnətdarlığını bildirib.
Qeyd edib ki, respublikanın bütün bölgələrində olduğu kimi Qazax rayonunda da müasir standartlara cavab verən Müalicə Diaqnostika Mərkəzi tikilib, müasir avadanlıqlar alınıb, burada əhaliyə bütün növ üzrə xidmətin pulsuz təşkili üçün şərait yaradılıb.
Mərkəzin ilk həmkarlar təşkilatının sədri Arifə Mirzəliyeva çıxış edərək respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından danışıb, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Elçin İSMAYIL
Facebook-da paylaş