• Təqvim

  • Maraq



Suvarma sahəsində çalışan işçilər təltif olunublar – Qazaxda

Suvarma sahəsində çalışan işçilər təltif olunublar –
5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramıdır. Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir ki, Respublika Prezidenti İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamı ilə hər il iyun ayının 5-i Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon Suvarma Sistemləri İdarəsinin rəisi Göyüşov Abbas Cahandar oğlunu və idarənin sudan istifadə şöbəsinin rəisi Qaraxanov İdris Allahverdi oğlunu peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib. Səmimi qəlbdən təbrik edərək bundan sonrakı işlərində daha böyük uğurlar arzulayıb.
Suvarma sahəsində çalışan işçilər təltif olunublar –
Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova onlara göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Kollektiv olaraq bundan sonra da rayonun suvarma suyu ilə təmin olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd edib.
GOYEZEN.AZ


Facebook-da paylaş