• Təqvim

  • Maraq



"Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrası uğurla başa çatıb


Bu gün Qazax Gənclər Mərkəzində "Gələcəyə Körpü" İctimai Birliyi tərəfindən "Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrası uğurla başa çatıb. 

Azərbaycan Gənclər Fondunun XII qrant müsabiqəsinin qaliblərindən olan layihənin məqsədi orta məktəblərin VI-VIII siniflərində təhsil alan şagirdlərə robotexnika sahəsi üzrə ilkin məlumat və bacarığın öyrədilməsi, bu sahəyə marağı olan yeniyetmələrin aşkar edilməsi və qeyri-formal təhsil metodları əsasında şagirdlərin dəqiq elmlərə marağının artırılması olub. 

3 gün davam edən təlimdə N.Vəliyev adına şəhər 5 nömrəli tam və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin ümumilikdə 25 nəfər şagirdi iştirak edib. 

Qeyd edək ki, daha əvvəl Gəncə şəhərində reallaşan robototexnika mühəndisliyi təlimləri gələn həftə Şəmkirdə keçiriləcək. 




 

GOYEZEN.AZ 



Facebook-da paylaş