Qazaxda “Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihə çərçivəsində seminar keçirilib
27-28 fevral 2019-cu il tarixlərində Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan Respublikasının Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyyə dəstəyi və "Gələcəyə Körpü" GİB-nin təşkilatçılığı ilə icra edilən "Region gəncləri müasir çağırışların fəal iştirakçısı kimi” adlı layihənin seminarları baş tutub.
Layihənin əsas məqsədi ölkənin qərb regionunda yerləşən Qazax, Ağstafa, Samux, Daşkəsən, Goranboy, Şəmkir, Göygöl, Gədəbəy və Tovuz rayonlarında yeniyetmə və gənclərə keçiriləcək seminarlar vasitəsilə onların şəxsi və peşəkar inkişaflarına təkan vermək, ictimai və sosiallığını gücləndirmək və gənclər üçün yaradılan xidmət və imkanlar (Gənclər Fondu və onun imkanları) haqqında onları maarifləndirməkdir.
GOYEZEN.AZ
Facebook-da paylaş