• Təqvim

  • Maraq



“Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi”nin Qazax rayonuna səfəri baş tutub


Qazaxda  Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən - Avropa Komisiyasının Erasmus + Youth. Proqramı üzrə əldə edilmiş rəsmi Məlumat Mərkəzinin maarifləndirici seminarı baş tutub.

Gənclər Mərkəzində keçirilən tədbiri Mərkəzin koordinatoru Hüseynxan Hacızadə giriş sözü ilə açaraq Qazax gənclərinə Məlumat Mərkəzinin nə üçün yaradıldığını, gənclər və gənclər təşkilatları üçün hansı yardım və məsləhətlər təklif etdiyini, Erasmus + Youth. Proqramı haqqında geniş məlumat verib.

Tədbirdə "Gələcəyə Körpü" GİB-in Türk EVS könüllüsü Ayhan Gorgada iştirak edib.

Tədbirdə qeyd olunub ki, Erasmus+ Gənclər Fəaliyyətdə rəsmi əlaqə mərkəzi titulu SALTO–nun Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi (Polşada Təhsil Sisteminin İnkişafı Fondunun hissəsi)  tərəfindən Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada fəaliyyət göstərən təşkilatlara verilir. "Gələcəyə Körpü” Gənclər İctimai Birliyi bu titul üçün namizədliyini irəli sürüb və Azərbaycanda olan təşkilatlar arasında son üçlüyə daxil olub. Final mərhələdə müsabiqədə maksimum 100 xaldan 81-ni toplayan "Gələcəyə Körpü” Azərbaycanda ilk dəfə 2017-ci ilin iyun ayından dekabr ayınadək  Erasmus+ Gənclər Fəaliyyətdə Proqramının Rəsmi Əlaqə Mərkəzi elan olunub. Bu günədək ölkəmizdə Erasmus+ Proqramının Rəsmi Əlaqə Mərkəzi olmayıb.

Qeyd edək ki, ilin sonuna kimi "Erasmus+ Youth. Azərbaycanda Məlumat Mərkəzi”nin bir çox regionlara  səfəri  nəzərdə tutulur.

Sonda iştirakçıların sualları cavablandırılıb və yekun müzakirələr aparılıb.

GOYEZEN.AZ

 

 



Facebook-da paylaş