"Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrasına start verilib
Bu gün Qazax Gənclər Mərkəzində "Gələcəyə Körpü" İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun XII qrant müsabiqəsi çərçivəsində qalib olan "Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrasına start verilib. Layihənin məqsədinə əsasən Gəncə şəhəri, Şəmkir və Qazax rayonlarında yerləşən tam orta məktəb şagirdləri (VI–VIII siniflər) təlimlər çərçivəsində robotların dizayn edilməsini, qurulmasını, idarə edilməsi metodlarını və informasiya emalı üçün yaradılan komputer sistemlərini mənimsəyəcəklər.
3 gün davam edəcək təlimdə N.Vəliyev adına şəhər 5 nömrəli tam və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri iştirak edir.
GOYEZEN.AZ
Facebook-da paylaş