• Təqvim

  • Unutma

  • Maraq



"Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrası uğurla davam edir


Bu gün Qazax Gənclər Mərkəzində "Gələcəyə Körpü" İctimai Birliyi tərəfindən "Region gəncləri üçün robototexnika mühəndəsliyi təlimləri" adlı layihənin icrası davam edib.

Azərbaycan Gənclər Fondunun XII qrant müsabiqəsinin qaliblərindən olan layihənin məqsədi Gəncə şəhəri, Şəmkir və Qazax rayonlarında yerləşən tam orta məktəblərin VI-VIII sinif şagirdlərinə robotexnika sahəsi üzrə ilkin məlumat və bacarığın öyrədilməsi, bu sahəyə marağı olan yeniyetmələrin aşkar edilməsi və qeyri-formal təhsil metodları əsasında şagirdlərin dəqiq elmlərə marağının artırılmasıdır.

Qeyd edək ki, N.Vəliyev adına şəhər 5 nömrəli tam və Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdlərinin iştirak etdiyi təlimlər sabah yekunlaşacaq.



 

GOYEZEN.AZ



Facebook-da paylaş