• Təqvim

  • Maraq



“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir

“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir
Bu ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsində dövlət ümumi təhsil müəssisələri, pedaqoji işçilər iştirak edib. Müsabiqədə müxtəlif mövzulara aid layihə təklifləri təqdim edilib.

Layihə təklifləri arasında “Təhsildə inkişaf və innovasiyalar” üzrə qrantların məbləği və ayrılması şərtləri, vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblərə uyğun hazırlanan və ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib olub.

Müsabiqədə 83 qalib layihədən biri də fərdi kateqoriya üzrə təqdim olunan “Fransız dili danışıq klubu” layihəsidir. Ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi mövzusuna aid olan bu layihə maraqla qarşılanıb.

Layihə rəhbəri Qazax rayon A.Əmilov adına Daş salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova GOYEZEN.AZ saytına bildirib ki, Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” fərdi kateqoriyası üzrə qrant layihəsi “Fransız dili danışıq klubu” fəaliyyətini 22 sentyabrdan başlayıb.

S.Xəlilova qeyd edib ki, layihənin məqsədi şifahi nitqin inkişaf etdirilməsi, şagirdlərlə fransız dil daşıyıcıları ilə virtual ünsiyyət qurmaq, öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmaqdır. Bundan başqa onlarla həmin dildə fikir və təcrübə mübadiləsi apararaq mədəniyyətlərarası dialoqun inkişafı imkanı əldə etmək, müəllim şagird kontingenti ilə onlayn və oflayn əlaqə yaratmaq baxımından da bu layihə böyük əhəmiyyət kəsb edir. Layihənin əsas məqsədlərindən biri də müasir standartlara əsaslanan şagirdlərin fransız dilində dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, lüğət ehtiyatının zənginləşdirilməsi, mövzu üzərində diskusiya, debat yaratmaq və fransız dilində ünsiyyət bacarıqlarını inkişaf etdirməkdir.

Layihə rəhbəri onu da bildirib ki, “Fransız dili danışıq klubu” A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbdə fəaliyyətini davam etdirməklə yanaşı, fransız dili tədris olunan digər məktəblərin müəllim və şagirdləri ilə də əlaqə saxlayır. “Fransız dili danışıq klubu” layihəsi çərçivəsində rayonun Canalı, Kosalar və Daş Salahlı kənd 2 saylı tam orta məktəblərində keçirilən təlimlərdə fransız dili öyrənən şagirdlər və fransız dili müəllimləri iştirak edib. Təlimə müşahidəçi kimi Canalı kənd tam orta məktəbin rəhbərləri və müəllimləri cəlb olunub. Şagirdlər “Trouve quelqu`un qui...” oyun tapşırıq əsasında fransız dilində 12 idiomatik ifadənin köməyi ilə lüğət ehtiyatını zənginləşdirməklə dialoq qurub və əməkdaşlıq edərək təqdimatlar edibər. Fikir mübadiləsi apararaq boş xanaları bu ifadələrdən istifadə edərək tamamlayan şagirdlər çeviklik nümayiş etdiriblər.

Şagirdlər təyin olunmuş cədvəl əsasında fransız dili müəllimləri ilə dərs keçiblər. Dərslərdə fundamental biliklərdən başqa ictimai əsaslarla fransız dili dərnəyi fəaliyyət göstərib. Burada şagirdlər fransız dilində film izləyib, mahnılar dinləyib və bunların əsasında gördüklərini eşitdiklərini, fikirlərini söyləyiblər. Müxtəlif üsul və texnikalardan istifadə edərək oyun xarakterli çalışmalar və s. həyata keçirərək debat yaradıb, dialoq qurub, müzakirələr aparıblar.

Bundan əlavə layihənin icrası və nəticələri haqqında şagirdləri, xarici dil müəllimlərini, valideynləri məlumatlandırmaq üçün bukletlər hazırlanıb, dəyirmi masa təşkil edilib, dəvətnamələr yazılıb, məktublar göndərilib.

Məlumat üçün qeyd edək “Fransız dili danışıq klubu” layihəsi 22 dekabra kimi davam edəcəkdir.

“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir
“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir
“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir
“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir
“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir
“Fransız dili danışıq klubu” layihəsi uğurla icra edilir


Facebook-da paylaş