Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari il abituriyentlərinin nəzərinə!
Doqquz illik təhsil bazasından kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək.
Ümumi orta təhsil (9 illik) bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.
İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Facebook-da paylaş