Əsas Səhifə > Təhsil > Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari il abituriyentlərinin nəzərinə!

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari il abituriyentlərinin nəzərinə!


28-07-2017, 11:10
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari il abituriyentlərinin nəzərinə!
GOYEZEN.AZ AZƏRTAC-ın məlumatına əsasən bildirir ki, ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunmaq istəyən, lakin əvvəlcədən elan edilmiş tarixlərdə qeydiyyatdan keçməyən cari ilin məzunları üçün “Abituriyentin elektron ərizəsi” qeydiyyat sistemi ixtisas seçimi bitənədək yenidən fəaliyyət göstərir.

Doqquz illik təhsil bazasından kolleclərə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək.

Ümumi orta təhsil (9 illik) bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.


Geri qayıt