• Təqvim

  • Maraq



2025-ci ilin yanvar-mart aylarında Qazax rayonunun sosial, iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


2025-ci ilin yanvar-mart aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 94 milyon 739,6 min manat təşkil etmiş və əvvəlki ilin yanvar-mart aylarına nisbətən 4,7 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə sənaye sahəsində 4,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,3 faiz, tikinti sahəsində 62,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 4,5 faiz artmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 3,8 faiz, informasiya və rabitə sahəsində 69,2 faiz azalmışdır. 2025-ci ilin yanvar-mart aylarında məhsul və xidmətlərin 90,4 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 982,1 manat təşkil etmişdir. 

Sənaye. 2025-ci ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 47 milyon 206,3 min manatlıq və ya 2024-cü ilin yanvar-mart aylarına nisbətən 4,9 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 13,8 faiz, emal sektoru 67,1 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 18,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 81,0 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,6 faiz artmışdır. 2025-ci ilin yanvar-mart aylarında mədənçıxarma sektorunda 6 milyon 504,4 min manatlıq, emal sektorunda 31 milyon 703,5 min manatlıq məhsul istehsal edilmiş, 2024-cü ilin yanvar-mart aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 95,5 faiz artmış, emal sektorunda 7,0 faiz azalmışdır. Emal sektorunda 2024-cü ilin yanvar-mart aylarına nisbətən qida məhsullarının istehsalı 76,3 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 8 milyon 621,3 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 25002,6 MVt.s elektrik enerjisi, 46,27 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 3,4 faiz artmış, əhaliyə və digər istehlakçılara 253,7 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2025-ci ilin məhsulu üçün 4643,0 hektar sahədə buğda, 6833,0 hektar sahədə arpa səpini aparılmışdır. 2025-ci ilin yanvar-mart aylarında heyvandarlıq sahəsində 1310,2 ton ət (diri çəkidə), 7441,3 ton süd, 2720,0 min ədəd yumurta istehsal edilmişdir. 2024-cü ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 6,8 ton, süd istehsalı 8,0 ton azalmış, yumurta istehsalı 2,0 min ədəd artmışdır. 2025-ci ilin aprel ayının 1-nə 29376 baş iribuynuzlu mal-qara (ondan 15911 baş inək və camış), 126847 baş qoyun və keçi mövcud olmuşdur. 2024-cü ilin yanvar-mart aylarına nisbətən iribuynuzlu mal-qaranın sayı 50 baş (0,2 faiz), qoyun və keçilərin sayı 471 baş (0,4 faiz) artmışdır.

Tikinti. 2025-ci ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 206,4 min manatlıq, yaxud 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 36,3 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyon 168,4 min manatı və ya 96,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2025-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 3801,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-mart aylarına nisbətən 4,7 faiz artım müşahidə olunmuşdur. 2025-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 463,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 7,2 faiz artmışdır. 

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2025-ci ilin yanvar-mart aylarında faktiki qiymətlərlə 142,6 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 73,7 min manatı və ya 47,4 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 69,2 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 60,2 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2024-cü ilin yanvar-mart aylarına nisbətən 78,0 faiz azalmışdır.

Pərakəndə ticarət. 2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 79 milyon 207,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 12 milyon 350,0 min manatlıq iaşə və digər ödənişli xidmətlər göstərilmişdir. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 4,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 8,0 faiz artmışdır. Ticarət şəbəkələrində 41 milyon 390,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 37 milyon 817,2 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 7,1 faiz azalmış, qeyri-ərzaq məhsullarının satışı 20,7 faiz artmışdır.

İstehlak qiymətləri indeksləri. 2025-ci ilin mart ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində fevral ayına nisbətən 0,8 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,7 faiz bahalaşma müşahidə olunmuş, qeyri-qida məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində dəyişiklik müşahidə olunmamışdır. 2025-ci ilin yanvar-mart aylarında 2024-cü ilin yanvar-mart aylarına nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 9,8 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 8,4 faiz, qeyri-qida məhsullarının qiymətlərində 4,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 15,6 faiz bahalaşma müşahidə olunmuşdur.

Əməkhaqqı. 2025-ci ilin yanvar-fevral aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 743,0 manat, dövlət sektorunda 732,2 manat, qeyri-dövlət sektorunda 761,3 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1389,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 862,1 manat, maliyyə və sığorta sahəsində 1725,1 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 919,1 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 812,0 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. İlkin hesablamalara əsasən 2025-ci ilin yanvar-mart aylarında rayon əhalisinin sayı 14 nəfər artaraq 2025-ci il aprel ayının 1-i tarixinə 96 min 481 nəfər təşkil etmişdir. 

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 

 

2025-ci il yanvar-mart ayları,

faktiki

qiymətlərlə 

 

2025-ci il yanvar-mart ayları

 2024-cü  ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2024-cü il yanvar-mart ayları

2023-cü ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

94739,6

104,7

106,7

Sənaye məhsulunun ümumi həcmi*), min manat

47206,3

104,9

116,5

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat o cümlədən tikinti-quraşdırma işlərinə

1206,4

 

1168,4

63,7

 

66,2

47,8

 

53,9

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

17205,5

102,3

100,0

Nəqliyyat sektorunda yük daşınması*), min ton                 

463,0

107,2

106,7

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

3801,0

104,7

106,8

İnformasiya və rabitə xidmətləri,  min manat

142,6

30,8

77,3

Pərakəndə ticarət dövriyyəsi*),  min manat

79207,2

104,5

104,2

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

11235,0

108,0

102,0

Orta aylıq nominal əməkhaqqı, manat

743,0**)

106,9***)

113,4****)

Əhalinin sayı, 01.04.2025 vəziyyətinə, nəfər

96481

100,2

100,4

Qeyd: 

 *)  fiziki şəxslər nəzərə alınmaqla;

**)  2025-ci il yanvar-fevral ayları;

***)  2025-ci ilin yanvar-fevral ayları 2024-cü ilin yanvar fevral aylarına nisbətən;

****)  2024-cü ilin yanvar-fevral ayları 2023-cü ilin yanvar-fevral aylarına nisbətən;

                                                     Ümumi məhsul buraxılışı 

2025-ci ilin yanvar-mart aylarında 94 milyon 739,6 min manat həcmində və ya 2024-cü ilin yanvar-mart aylarına nisbətən 4,7 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 982,1 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-mart aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 47 milyon 206,3 min manat (49,8 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 17 milyon 205,5 min manat (18,2 faiz), tikinti sahəsində 2 milyon 365,7 min manat (2,5 faiz), nəqliyyat və anbar təsərrüfatı  sahəsində 2 milyon 473,2 min manat (2,6 faiz), informasiya və rabitə sahəsində 142,6 min manat (0,2 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 25 milyon 346,3 min manat (26,7 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı sənayedə 4,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2,3 faiz, tikinti sahəsində 62,0 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 4,5 faiz artmış, nəqliyyat və anbar təsərrüfatı sahəsində 3,8 faiz, informasiya və rabitə xidmətləri sahəsində 69,2 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

                                                                           

2025-ci ilin yanvar-mart ayları

faktiki

qiymətlərlə,

min manat

2024-cü ilin yanvar-mart ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2025-ci ilin yanvar-mart ayları 

2024-cü ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

47206,3

43871,2

102,6

46020,9

104,9

49,8

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

17205,5

15458,9

108,8

15811,7

102,3

18,2

Tikinti

2365,7

1459,9

100,0

2365,7

162,0

2,5

Nəqliyyat və anbar təsərrüfatı 

2473,2

2514,8

102,2

2420,0

96,2

2,6

İnformasiya və rabitə

142,6

463,0

100,1

142,5

30,8

0,2

Ticarət, nəqliyyat vasitələrinin təmiri

25346,3

23247,5

104,3

24301,3

104,5

26,7

Yekun:

94739,6

87015,3

104,0

91062,1

104,7

100,0

Qrafik 1

2025-ci ilin yanvar-mart aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


Qrafik 2

2025-ci ilin yanvar-mart aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə            

Sənaye

2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri tərəfindən 47 milyon 206,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş və 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,9 faiz çox olmuşdur. Ümumi istehsalın 85,4 faizini sənaye məhsulları, 14,6 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 13,8 faizi mədənçıxarma, 67,1 faizi emal, 18,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2024-cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artaraq 38 milyon 248,7 min manat və ya sənaye məhsulunun 81,0 faizini təşkil etmişdir.

Qrafik 3

2025-ci ilin yanvar-mart aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə


İstehlakçılara 46 milyon 290,9 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 aprel 2025-ci il tarixinə sənaye müəssisələrinin anbarlarında 9 milyon 860,7 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 20,9 faizini təşkil etmişdir. 

Cədvəl 3  

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar-mart aylarında

istehsal

edilmişdir,

min manatla

2024-cü ilin yanvar-mart aylarına

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

 

Cəmi *) 

47206,3

104,9

100,0

 

 o cümlədən: dövlət sektoru

8957,6

110,8

19,0

 

qeyri-dövlət sektoru

38248,7

103,6

81,0

 

Mədənçıxarma sənayesi

6504,4

195,5

13,8

 

o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

6504,4

195,5

13,8

 

 Emal sənayesi

31703,5

93,0

67,1

o cümlədən: qida məhsullarının istehsalı 

2189,0

176,3

4,6

içki istehsalı

9,0

23,0

0,02

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

290,7

12,3 d

0,6

poliqrafiya məhsullarının istehsalı

213,4

340,6

0,5

rezin və plastik kütlə məmulatlarının istehsalı

75,0

3 d

0,2

tikinti materiallarının istehsalı

26389,0

92,2

55,9

mebellərin istehsalı

2526,0

90,0

5,3

sair sənaye məhsullarının istehsalı 

3,9

259,5

0,0

maşın və avadanlıqların quraşdırılması və təmiri

3,2

27,4

0,0

elektrik avadanlıqlarının istehsalı

4,3

-

x

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

8621,3

81,1

18,3

Su təchizatı, tullantıların 

təmizlənməsi və emalı

377,1

103,4

0,8

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması 

220,3

105,7

0,5

digər tullantıların yığılması və məhv edilməsi

156,8

100,4

0,3

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Mədənçıxarma sektorunda müəssisələr tərəfindən araşdırılan dövrdə 6 milyon 504,4 min manatlıq məhsul istehsal edilmiş, məhsul istehsalının ümumi həcmində 13,8 faiz təşkil etmiş və 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95,5 faiz artmışdır.

Emal sektorunun müəssisələri tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 31 milyon 703,5 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul  istehsalının ümumi həcmində 67,1 faiz təşkil etmiş və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 7,0 faiz azalmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (83,2 faiz), qida məhsullarının istehsalı (6,9 faiz), mebellərin istehsalı (8,0 faiz)  təşkil edir. 

Qida məhsullarının istehsalı 2 milyon 189,0 min manat olmuş, bölmə üzrə məhsulun 6,9 faizini təşkil etmişdir, içki istehsalının real həcmi 9,0 min manat olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 8 milyon 621,3 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmiş, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 18,9 faiz azalmış və rayon əhalisinə və digər istehlakçılara 25002,6 MVts elektrik enerjisi, 46,27 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2024-cü ilin yanvar-mart aylarına nisbətən 3,4 faiz artaraq və 377,1 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 253,7 min kubmetr təbii su verilmişdir. 

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)

Məhsul növlərinin adı və

ölçü vahidi

2025-ci ilin yanvar-mart aylarında istehsal

edilmişdir 

2024-cü

ilin yanvar-mart aylarına

nisbətən,

faizlə

01.04.2025-ci il tarixinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

68226,0

207,0

170068,0

əhəngdaşı  tozu, ton

6096,0

142,9

...

inşaat  üçün əhəng     daşı, ton

8552,4

156,3

...

kvarsit, ton 

53068,7

x

...

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

115,2

95,0

...

çörək, ton

265,6

120,2

...

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

2,0

23,0

...

Sement istehsalı

 Portland sement, min ton

169,91

107,5

...

Sement klinkerləri

110,0

72,2

270,72

 Mebellərin istehsalı

yataq, yemək və  qonaq  otaqları üçün taxta mebellər, ədəd

1600

88,9

...

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

25002,6

100,1

...

qazın bölüşdürülməsi, milyon kubmetr

46,27

96,8

...

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

2118

83,8

...

təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr

253,7

99,8

...

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

2025-ci ilin  yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyon 206,4 min manat və ya 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 36,3 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyon 168,4 min manatı və ya 96,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 36,3 faizini dövlət, 63,7 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. 

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2025-ci ilin yanvar-mart ayları,

min manatla

2024-cü ilin yanvar-mart aylarına nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi                      çəkisi, faizlə

Cəmi

1206,4

63,7

100,0

o cümlədən: dövlət sektoru

438,4

89,3

36,3

qeyri-dövlət sektoru

768,0

54,7

63,7

Qrafik 4

2025-ci ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə


Cədvəl 6

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2025-ci ilin yanvar-mart ayları)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2024-cü ilin yanvar-mart aylarına

 nisbətən, faizlə

 Cəmi

2365,7

100,0

162,0

o cümlədən: inşa, yenidənqurma və bərpa işləri

1705,2

72,1

214,5

cari təmir işləri

615,2

26,0

108,8

sair tikinti işləri

45,3

1,9

45,5

Kənd təsərrüfatı

2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 17 milyon 205,5 min manat təşkil etmiş və 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,3 faiz artmışdır.

Bitkiçilik. 2025-ci ilin məhsulu üçün 4643,0 hektar sahədə buğda, 6833,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 aprel 2025-ci il tarixinə 2025-ci ilin məhsulu üçün ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7

01 aprel 2025-ci il tarixinə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar


2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Cəmi əkin sahəsi 

13925,0

13441,0

103,6

o cümlədən: dənlilər və dənli paxlalı bitkilər

11610,0

11476,0

101,2

o cümlədən: buğda

4643,0

4477,0

103,7

arpa

6833,0

6838,0

99,9

vələmir

80,0

80,0

100,0

sorqo

4,0

27,0

14,8

paxlalılar

10,0

14,0

71,4

qarğıdalı

40,0

40,0

100,0

günəbaxan

35,0

-

X

tərəvəz

330,0

165,0

200,0

Kartof

1250,0

1320,0

94,7

yem bitkiləri

700,0

480,0

145,8

Heyvandarlıq. 2025-ci ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri çəkidə 1310,2 ton ət, 7441,3 ton süd, 2720,0 min ədəd yumurta istehsal edilmişdir. 2024-cü ilin yanvar-mart aylarına nisbətən ət istehsalı 6,8 ton, süd istehsalı 8,0 ton azalmış, yumurta istehsalı 2,0 min ədəd artmışdır.

Cədvəl 8

Heyvandarlıq məhsullarının istehsalı, ton

       

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları 2024-cü ilin yanvar-mart aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

1310,2

1317,0

99,5

-6,8

Süd

7441,3

7449,3

99,9

-8,0

Yumurta, min ədəd

2720,0

2718,0

100,1

+2,0

2025-ci il aprel ayının 1-i tarixinə 29376 baş iribuynuzlu mal-qara (ondan 15911 baş inək və camış), 126847 baş qoyun və keçi mövcud olmuşdur. Ötən ilin mavafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 50 baş (0,2 faiz), qoyun və keçilərin sayı 471 baş (0,4 faiz) artmış, ana inək və camışların sayı isə 117 baş (0,7 faiz) azalmışdır.

Cədvəl 9

      Mal-qaranın sayı, 01.04.2025-ci il tarixinə, baş

       

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına nisbətən

%

+, -

İribuynuzlu mal-qara  

29376

29326

100,2

+50

ondan: inək və camışlar

15911

16028

99,3

-117

Qoyun və keçilər

126847

126376

100,4

+471

Nəqliyyat

2025-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 3801,0 min nəfər sərnişin daşınmış, 2024-cü ilin yanvar-mart aylarına nisbətən 4,7 faiz artmışdır.

Cədvəl 10     

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2025-ci ilin 

yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları 2024-cü ilin yanvar-mart aylarına

nisbətən, faizlə

 Cəmi

3801,0

3631,0

104,7

2025-ci ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 463,0 min ton yük daşınmış və 2024-cü ilin yanvar-mart aylarına nisbətən 7,2 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları  

2024-cü ilin yanvar-mart aylarına 

nisbətən,  

faizlə

 Cəmi

463,0

432,0

107,2

2025-ci ilin yanvar-mart aylarında nəqliyyat müəssisələri tərəfindən 2 milyon 473,2 min manatlıq xidmət göstərilmiş, 2024-cü ilin yanvar-mart aylarına nisbətən 3,8 faiz azalmışdır. Göstərilmiş xidmətin 70,8 min manatı (2,9 faizi) dövlət sektorunun, 2 milyon 402,4 min manatı (97,1 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir.

Cədvəl 12

 

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları 

2024-cü ilin yanvar-mart aylarına 

 nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

2473,2

2514,8

96,2

o cümlədən: dövlət sektoru

70,8

93,0

91,0

qeyri-dövlət sektoru

2402,4

2421,8

97,1

                                                   İnformasiya və rabitə

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 69,2 faiz azalaraq 142,6 min manat təşkil etmişdir ki, bunun da 73,7 min manatı (47,4 faizi) əhali tərəfindən isteklak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 81,4 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 60,2 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 39,8 faiz təşkil etmişdir.

Cədvəl 13

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart ayları

2025-ci ilin yanvar-mart ayları 

2024-cü ilin yanvar-mart aylarına 

nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

142,6

 

463,1

 

30,8

o cümlədən: dövlət sektoru

85,9

389,2

22,0

qeyri-dövlət sektoru

56,7

73,9

73,8

İstehlak bazarı

2025-ci ilin yanvar-mart aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 91 milyon 557,2 min manat olmaqla 2024-cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 6,2 faiz artmışdır.

Cədvəl 14

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2025-ci ilin yanvar-mart ayları,

min manatla

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

91557,2

106,2

o cümlədən: dövlət mülkiyyəti üzrə

3255,7

86,3

qeyri-dövlət mülkiyyəti üzrə

88301,5

107,1

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

69341,2

110,2

Əmtəə bazarı

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 79 milyon 207,2 min manatlıq məhsul satılmış və onun 41 milyon 390,0 min manatını (52,3 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 37 milyon 817,2 min manatını (47,7 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2024-cü ilin yanvar-mart aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 4,5 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 7,1 faiz azalmış, qeyri-ərzaq malları üzrə 20,7 faiz artmışdır.

Cədvəl 15

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2025-ci ilin yanvar-mart ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

79207,2

100,0

104,5

o cümlədən: ərzaq məhsulları, içkilər və tütün məmulatları

41390,0

52,3

92,9

qeyri-ərzaq malları

37817,2

47,7

120,7

2025-ci ilin yanvar-mart aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 273,9 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 143,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,8 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 23,5 faizini hüquqi şəxslər, 19,3 faizini fərdi sahibkarlar tərəfindən, 57,2 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 16

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2025-ci ilin yanvar-mart ayları,

min manatla

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

79207,2

104,5

o cümlədən: müəssisələr üzrə

18595,4

98,4

fərdi sahibkarlar üzrə

15274,2

119,2

bazar və yarmarkalar üzrə

45337,6

102,9

Qrafik 5

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 


                                                                                                   Cədvəl 17

2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin dinamikası

 

Əvvəlki ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

2025-ci il

Yanvar-mart

104,5

92,9

120,7

2024-cü il

Yanvar- mart

104,2

101,5

108,3

01.04.2025-ci il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 15 milyon 457,9 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2025-ci ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi 2024-cü ilin yanvar-mart ayları ilə  müqayisədə 10,0 faiz artaraq 1 milyon 115,0 min manat olmuşdur.

Cədvəl 18

 

2025-ci ilin yanvar-mart ayları,

min manatla

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

1115,0

110,0

o cümlədən: hüquqi şəxslər  üzrə

-

-

fiziki şəxslər üzrə

1115,0

110,0

Əhaliyə göstərilən ödənişli xidmətlər

2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin yanvar-mart aylarına nisbətən real ifadədə 8,0 faiz artaraq 11 milyon 235,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyon 620,6 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 32,2 faizini təşkil etmişdir.

Cədvəl 19

Ödənişli xidmətlərin göstərilməsi

 

2025-ci ilin yanvar-mart ayları,

min manatla

2025-ci ilin yanvar-mart ayları

2024-cü  ilin yanvar-mart aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

11235,0

108,0

o cümlədən: dövlət sektoru

3255,7

86,3

qeyri-dövlət sektoru 

7979,3

120,3

ondan: fiziki şəxslər 

7614,4

126,6

2025-ci ilin yanvar-mart aylarında əhalinin hər bir nəfəri orta hesabla 116,5 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 20

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri    

 

Əvvəlki ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2024-cü il

Yanvar-mart

102,0

61,5

196,1

2025-ci il

Yanvar-mart

108,0

82,5

126,6

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 90,5 faiz təşkil etmişdir.

Cədvəl 21

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2025-ci ilin yanvar-mart ayları,

min manatla

2025-ci ilin yanvar-mart ayları

2024-cü ilin yanvar-mart aylarına  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

3474,1

81,0

100,0

o cümlədən: digər sahələrin iri və orta müəssisələri

3143,7

96,9

90,5

o cümlədən: sənaye

3143,7

96,9

90,5

əsas fəaliyyət növü üzrə (iri və orta müəssisələr) 

330,4

31,5

9,5

Qrafik 6

2025-ci ilin yanvar-mart aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə


Qiymət indeksləri

İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən  109,8 faiz təşkil etmişdir. 2025-ci ilin mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 108,4 faiz təşkil etmişdir. 2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 104,9 faiz təşkil etmişdir. 2025-ci ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 115,6 faiz təşkil etmişdir.

Cədvəl 22

İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri, faizlə

 

Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2025-ci il

Yanvar

101,0

109,3

100,6

107,3

Fevral

100,8

109,5

101,5

107,8

Mart

100,8

109,8

101,7

108,4

..ardı

 

Qeyri-qida məhsulları 

 Ödənişli     xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2025-ci il

Yanvar

100,3

104,9

102,2

115,8

Fevral

100,0

105,0

100,5

115,7

Mart

100,0

104,9

100,0

115,6

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2025-ci ilin yanvar-fevral aylarında 10694 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6719 nəfər (62,8 faiz), qeyri-dövlət sektorunda isə 3975 nəfər (37,2 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 21,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,5 faizi sənaye (o cümlədən 3,2 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,8 faizi tikinti, 1,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 78,7 faizi xidmət sahələrində, o cümlədən 28,4 faizi təhsil, 19,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,7 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi maliyyə və sığorta, 1,0 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,9 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

2025-ci ilin yanvar-mart aylarında hüquqi şəxslər üzrə 26 yeni iş yeri açılmış və 155 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 18-i mövcud müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 23

2024-cü il və 2025-ci ilin yanvar-mart aylarında yeni açılmış iş yerlərinin xarakteristikası

 

2024-cü ilin yanvar-mart aylarında

 

2025-ci ilin yanvar-mart aylarında

 

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

18

26

100,0

o cümlədən: yeni yaradılmış müəssisə və təşkilatlarda

-

-

-

mövcud  müəssisə və təşkilatlarda

18

26

100,0

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

202

155

100,0

Əməkhaqqı

2025-ci ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 743,0 manat, həmçinin dövlət sektorunda 732,2 manat, qeyri-dövlət sektorunda 761,3 manat təşkil etmiş, 2024-cü ilin yanvar-fevral aylarına nisbətən rayon üzrə 6,9 faiz, o cümlədən dövlət sektoru üzrə 11,7 faiz artmış, qeyri-dövlət sektoru üzrə isə 1,7 faiz azalmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1389,8 manat, mədənçıxarma sənayesində 966,9 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 862,1 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 913,1 manat, maliyyə və sığorta sahəsində 1725,1 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 919,1 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 812,0 manat təşkil etmişdir.

Cədvəl 24

2025-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manatla

 

2025-ci ilin yanvar-fevral aylarında 

 

2024-cü ilin yanvar-fevral aylarına 

 nisbətən, 

faizlə

Orta  rayon göstəricisinə

nisbətən,

faizlə

 

 

 

 Cəmi

10694

743,0

106,9

100,0

 

 ondan: dövlət mülkiyyəti

6719

732,2

111,7

98,5

 

 

qeyri-dövlət mülkiyyəti

3975

761,3

98,3

102,5

 

A

 o cümlədən: Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

105

550,4

119,2

74,1

 

B

Mədənçıxarma sənayesi

346

966,9

95,7

130,1

 

C

Emal sənayesi*)

818

1389,8

95,3

187,1

 

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

243

862,1

104,9

116,0

 

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

472

571,0

118,0

76,9

 

F

Tikinti

304

509,2

99,4

68,5

 

G

Ticarət, nəqliyyat vasitələrinin  təmiri*) 

2112

508,0

108,2

68,4

 

H

Nəqliyyat və anbar təsərrüfatı

225

913,1

95,1

122,9

 

İ

Turistlərin yerləşdirilməsi və ictimai iaşə                    

18

496,3

116,7

 

66,8

 

J

İnformasiya və rabitə

108

587,3

112,0

79,0

 

K

Maliyyə və sığorta fəaliyyəti

144

1725,1

103,9

232,2

 

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

44

436,5

100,9

58,7

 

M

Peşə, elmi və texniki fəaliyyət

28

582,2

110,3

78,4

 

                                                             ...ardı

 

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

206

577,2

116,9

77,7

 

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

618

919,1

91,3

123,7

 

P

Təhsil

3038

692,9

112,3

93,3

 

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1250

812,0

113,8

109,3

 

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

584

541,7

115,0

72,9

 

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

31

793,7

110,1

106,8

 












*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2025-ci və 2024-cü ilin yanvar-fevral aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla


Demoqrafik vəziyyət

İlkin hesablamalara əsasən rayon əhalisinin sayı 2025-ci ilin yanvar-mart aylarında 14 nəfər artaraq 01.04.2025-ci il tarixinə 96 min 481 nəfərə çatmışdır. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 25

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar- mart ayları) 

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2025-ci ilin yanvar-mart ayları

 

2024-cü ilin yanvar-mart ayları

 

  artım(+)

azalma(-)

2025-ci ilin yanvar-mart ayları

 

2024-cü ilin yanvar-mart ayları

 

2025-ci ilin yanvar-mart ayları

 2024-cü ilin yanvar-mart aylarına nisbətən,

faizlə

Təbii artım

14

72

-58

0,6

3,0

20,0

Doğulanlar

159

246

-87

6,7

10,3

65,0

Ölənlər

145

174

-29

6,1

7,3

83,6

Nikahlar

69

135

-66

2,9

5,6

51,8

Boşanmalar

29

51

-22

1,2

2,1

57,1

Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin yanvar-mart aylarında rayonda 159 nəfər doğulan körpə qeydə alınmış və 2024-cü ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,3-dan 6,7-ə düşmüşdür. 2025-ci ilin yanvar-mart aylarında rayonda 145 ölüm halı qeydə alınmış və 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,3-dən 6,1-ə düşmüşdür. 2025-ci ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən 69 nikah, 29 boşanma halları qeydə alınmış və 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6-dan 2,9-a, boşanmaların sayı isə 2,1-dən 1,2-yə qədər azalmışdır.

Qrafik 8

2025-ci və 2024-cü ilin yanvar-mart aylarında demoqrafik göstəricilər, nəfərlə


Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş