• Təqvim

  • Maraq

Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib

Mayın 25-də Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, “Qazax Dövlət Sosial-İqtisadi Kolleci” Publik Hüquqi Şəxsin müəllim və tələbələri, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya veteranları, ərazi partiya təşkilatı sədrləri, şəhid ailələri, gənclər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə səmimi ürək sözlərini səsləndirib. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib. A.Nəbiyev tarixi sınaqlardan hər zaman alnıaçıq, üzüağ çıxmış Azərbaycan xalqının bu gün müstəqil, suveren ölkənin vətəndaşları olaraq qürurla yaşadıqlarını və qalib dövlətə sahib olduqlarını vurğulayıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına xalqımızın milli sərvəti olan suverenliyimizin bərpa olunduğunu, bütün ərazilərdə Konstitusiya qurluşunun bərqərar olunduğunu diqqətə çatdırıb. A.Nəbiyev qeyd edib ki,Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaradıb.

O, vurğulayıb ki, İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

A.Nəbiyev vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur.Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi ki, bu, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısıRəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı və tədbirə toplaşanları təbrik edib, xoş arzularını, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Artıq 108 ildir ki, 28 May tarixi Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu əlamətdar gün kimi xalqımız tərəfindən iftixar hissi ilə qeyd olunur. Artıq 6 ildir ki, Azərbaycan xalqı 28 May - Müstəqillik Gününü qalib ölkənin vətəndaşları olaraq qeyd edirlər. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri var. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmışdır. Bəli, bu gün qürurla deyə bilərik ki, İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Demokratik ənənələri cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin söylədiyi “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” sözləri bu gün də həyata keçirilən bütün işlərdə real əksini tapmaqdadır.“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Hər kəsə yaxşı məlumdur ki, Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Tariximizin yeni inkişaf mərhələsi də dahi şəxsiyyətin adı ilə bağlıdır. Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin söylədiyi“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”, “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”, “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” dəyərli fikirləri bu gün hər bir ölkə vətəndaşı üçün örnəkdir. Milli maraqların təmin olunması dövlətimizin yürütdüyü siyasətin başlıca amilidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanəti oldu. Təminatlı inkişafın müəllifi də ölkə başçısıdır.Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. İstiqlal bəyannaməsi abidəsi dövlətçilik ənənələrinə sadiqliyin rəmzidir. 2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin, Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan Xalq Cümhuriyyəti İli” ölkəmizin tarixində mühüm əhəmiyyətə malik oldu. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur. “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu tarixi əhəmiyyət daşıyır.2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur.Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Ölkə rəhbərinin vurğuladığı kimi “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar gün münasibətilə səmimi ürək sözlərini bölüşüb. “Müstəqilliyin zirvəsi bayraqdır, Şəhidlik zirvəsidir. Müstəqilliyin bünövrəsi vətəndaşın məmnunluğudur. Vətəndaş öz dövlətindən, rəhbərindən məmnundursa, bu müstəqillik əbədidir, dönməzdir, sarsılmazdır. Müstəqilliyimiz bu gün dünya üçün bir nümunədir”, deyən millət vəkili müstəqilliyimizi əbədi edən insanlara, Ulu Öndər Heydər Əliyevə, onun layiqli varisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu söyləyib.

Partiya veteranı, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası, Birinci Qarabağ müharibəsi veteranı Müqabil Məmmədov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Esmira Şıxməmmədova, Partiya veteranları, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, Kazım Kazımlı çıxış edərək bildiriblər ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində – 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən Azərbaycan Xalq Cümhuriyyətini qurduğunu bütün dünyaya bəyan etdi. Bu, çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad olan xalqımızın həyatında yeni bir mərhələ, tarixi bir hadisə oldu. Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan xalqı öz suveren və güclü dövlətinə sahibdir. 2020-ci ildə tarixi Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsi yalnız işğala son qoymadı, eyni zamanda regionda yeni geosiyasi reallıqlar yaratdı. Cəmi bir gün davam edən antiterror tədbirləri ilə ölkəmizdə separatizmin kökü kəsildi. Dövlət başçısının Sərəncamı ilə tariximizə növbəti əlamətdar gün yazıldı – 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü olaraq təsis edildi. Xalqımızın birliyi, qəhrəman Vətən övladlarının qanı bahasına əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir. İllər ötsə belə xalqımız bu şanlı zəfərləri, qələbələri hər zaman qürurla xatırlayacaqdır.

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta ümumtəhsil məktəbin şagirdləri 28 May - Müstəqillik Gününə, Ümummilli Lider Heydər Əliyevə, suverenliyimizə, müstəqilliyimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirdə yubiley yaşı bu il tamam olan partiya veteranları və ərazi partiya təşkilatının sədrləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif edilərək qiymətli hədiyyələr təqdim olunub. Partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.




Facebook-da paylaş


{sape_links}