Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası Fərəhli kəndində uşaqları sevindirib
Aksiya çərçivəsində Məşvərət Şurasının üzvləri kənddə yaşayan 36 balaca dostumuzla bir araya gələrək, onların bayram sevincinə ortaq olublar. Görüş zamanı uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif maraqlı oyunlar keçirilib, uşaqlarla birlikdə əyləncəli anlar yaşanıb. Daha sonra uşaqlara bayram münasibətilə hazırlanmış xüsusi hədiyyələr təqdim edilib. Qeyd olunub ki, bu cür sosial layihələrin keçirilməsində əsas məqsəd regionda, xüsusilə də sərhəd kəndlərində yaşayan uşaqlara diqqət və qayğını artırmaq, onların üzündə kiçik də olsa bir təbəssüm yaratmaqdır. Gənclərin Yerli Məşvərət Şurası bu xeyirxah aksiyanın baş tutmasında əməyi keçən, maddi və mənəvi dəstəyini əsirgəməyən hər bir kəsə öz dərin təşəkkürünü bildirir. Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi hər birimizin hədəfidir!
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədr və üzvləri rayonun sərhəd kəndlərindən olan Fərəhli kəndində uşaqları ziyarət ediblər.








Facebook-da paylaş














