• Təqvim

  • Maraq

Qazaxda icra başçısı yeni lift quraşdırılan şəhərin Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında olub

Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülür.“Azərbaycan Respublikasında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyevin 2025-ci il 28 fevral tarixli Sərəncamı da bunun bariz nümunəsidir. Sözügedən Sərəncamın Əlavəsində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahıda 7 şəhər üzrə 200 ədəd liftin quraşdırılması nəzərdə tutulmuşdu. Həmin liflərdən 2 ədədi Qazax şəhəri Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında quraşdırılıb. Bəli, artıq xeyli vaxtdır ki, 179 saylı doqquzmərtəbəli yaşayış binasında köhnə liftlər yeni liftlərlə əvəzlənib.

Mayın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən çoxmənzilli yaşayış binasında olub, yeni quraşdırılmış liftlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Bina sakinləri ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlıqlarını bildirirlər. Dövlət başçısının lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən qeyd edilən şəhərlər arasında Qazax rayonunun olmasını, yaşadıqları binanın liftlərinin yenisi ilə əvəz olunmasını ölkə Prezidentinin vətəndaşlara olan növbəti qayğısı kimi qiymətləndirirlər.




Facebook-da paylaş


{sape_links}