Əsas Səhifə > Manşet / Sosial > Qazaxda icra başçısı yeni lift quraşdırılan şəhərin Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında olub
Qazaxda icra başçısı yeni lift quraşdırılan şəhərin Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında olubDünən, 15:48 |
|
Mayın 22-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən çoxmənzilli yaşayış binasında olub, yeni quraşdırılmış liftlərin mövcud vəziyyəti ilə maraqlanıb. Bina sakinləri ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlıqlarını bildirirlər. Dövlət başçısının lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən qeyd edilən şəhərlər arasında Qazax rayonunun olmasını, yaşadıqları binanın liftlərinin yenisi ilə əvəz olunmasını ölkə Prezidentinin vətəndaşlara olan növbəti qayğısı kimi qiymətləndirirlər.
Geri qayıt |