Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin uğurlu dövlətçilik siyasətiniz sayəsində suverenliyimizi bərpa etdik və xalqımız firavan yaşayır”
Hörmətli cənab Prezident, Müharibə ilə əlaqədar əlilliyi olan bir şəxs kimi işlə bağlı müraciət etmişdim. Qısa bir zamanda müvafiq quruma göndəriş verildi və işə başladım. Bildirirəm ki, mənim və ailəmin məşğulluğunun təmin olunması üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri görüldü və buna görə Sizə öz minnətdarlığımı bildirirəm. Sizin uğurlu dövlətçilik siyasətiniz sayəsində suverenliyimizi bərpa etdik və xalqımız firavan yaşayır. Allah Sizi və ailənizi qorusun! Hörmətlə, Fuad Cəfərov Azərbaycan Respublikası, Qazax rayonu, Dəmirçilər kəndi. 20 may 2026-cı il https://president.az/az/articles/view/72450
Fuad Cəfərovdan,
Facebook-da paylaş














