2026-cı ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 2026-cı ilin aprel ayında Qazax şəhəri, rayonun Xanlıqlar, Alpout, Daş Salahlı, kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 424 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 12 məsələ qaldırılmışdır. 2026-cı ilin yanvar-may aylarında Qazax şəhəri, rayonun Daş Salahlı, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Qarapapaq, Çaylı, Aşağı Salahlı, Canalı, Dəmirçilər, Qazaxbəyli, Məzəm, İkinci Şıxlı, Xanlıqlar, Alpout kəndləri üzrə20 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 2026 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 69 nəfər vətəndaş tərəfindən 41 məsələ qaldırılmışdır. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 2026-cı ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir: S/S Yaşayış məntəqəsinin adı Qəbulun keçiriləcəyi ünvan Qəbulun keçiriləcəyi tarix 1 Orta Salahlı Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin inzibati binasının ərazisi 04.06.2026 2 Kəmərli Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta ümumtəhsil məktəb 11.06.2026 3 Ağköynək Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəb 18.06.2026 4 Cəfərli Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta ümumtəhsil məktəb 25.06.2026 Məlumat üçün qeyd edək ki, 2025-ci ilin yanvar-dekabraylarında ümumilikdə, Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli,Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər,Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının təməlində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Facebook-da paylaş














