• Təqvim

  • Maraq

Vətəndaş məktubundan: “Cənab Prezident, dövlətimizdən, Sizdən gördüyüm bu yüksək diqqət və qiymət mənim üçün ən böyük fəxrdir”

Vüsal Adıgözəlovdan,

Hörmətli cənab Prezident.

​Son dövrlər Qazax rayonunda geniş abadlıq və quruculuq işləri aparılır, rayonumuz gündən-günə inkişaf edir və gözəlləşir.

Mən II dərəcəli Qarabağ əlili olaraq görülən bu işlərə görə Sizə dərin minnətdarlığımı və ehtiramımı bildirirəm.

Rəhbərliyiniz altında şanlı ordumuzun qazandığı tarixi Zəfərin bir iştirakçısı kimi şəhid ailələrinə, qazilərə, veteranlara və sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıya görə də təşəkkür edirəm. Mən müalicə olunduğum dövrdə gördüyüm həm maddi, həm də mənəvi dəstəyi, qayğı və diqqəti heç vaxt unutmuram.

Cənab Prezident, Sizin tərəfinizdən "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmağıma görə də qürurluyam. Dövlətimizdən, Sizdən gördüyüm bu yüksək diqqət və qiymət mənim üçün ən böyük fəxrdir.

Bir daha Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı və uğurlar arzulayıram.

Allah Sizi, ordumuzu və dövlətimizi qorusun!

Hörmətlə,

Adıgözəlov Vüsal

Azərbaycan Respublikası, Qazax rayonu

26 may 2026-cı il

https://president.az/az/articles/view/72567




Facebook-da paylaş


{sape_links}