“Biz Sizdən çox razıyıq”
Quşçu Ayrım kəndində keçirilən hesabat yığıncağında bu fikir səslənib
Qazax rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
Kənd sakinləri rayon rəhbərliyini böyük sevinc hissi və səmimiyyətlə qarşılayıblar.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğul və qızlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağını giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ildə yeni-yeni uğurlar arzulayıb. Sonra İcra Başçısı 2017-ci ildə rayonumuzda görülmüş işlərdən, həyata keçirilən məqsədyönlü layihələrdən söz açaraq qeyd edib ki, yola saldığımız 2017-ci il istər tikinti-quruculuq, istərsə də kənd təsərrüfatı sahəsində olduqca məhsuldar bir il oldu. Hesabat ilində kəndlərimizdə, eləcə də Quşçu Ayrım və Məzəm kəndlərində də diqqətəlayiq işlər görüldü. Kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərə həmişə diqqətlə yanaşılmış, kənddə mövcud olan problemlər zaman-zaman öz həllini tapmışdır. Bu gün sərhəd kəndləri fasiləsiz enerji, qaz ilə tam təmin olunub. Kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün kənddəki bütün evlərin qarşısına istinad divarları çəkilibdir. Su məsələsi də həll edilmişdir. Bir sözlə, kənddəki bütün sosial məsələlər öz müsbət həllini tapmışdır.
Quşçu Ayrım kənd İƏD-si üzrə nümayəndəsi Yusif Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə nümayəndəlik tərəfindən görülən işlərdən və 2018-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuza rəhbər təyin edildikdən sonra rayonmuzun siması əsaslı şəkildə dəyişmiş, böyük abadlıq və quruculuq işləri görülmüş və bu proses artan sürətlə davam etməkdədir. Qeyd edib ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə dəfələrlə gəlmiş, əhali ilə görüşmüş, əhalinin sosial problemləri ilə yerində tanış olmuş və bu problemlərin həll edilməsi ilə bağlı öz göstərişlərini vermişdir. İcra Başçısı hər bir kənd sakinini fərdi dinləmiş, kənd sakinlərinin problemləri yerindəcə həll edilmişdir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Quşçu Ayrım və Məzəm kəndlərinin fəxri sakinidir.
Bildirib ki, nümayəndəlik özündə iki kəndi - Quşçu Ayrım və Məzəm kəndlərini birləşdirir. Quşçu Ayrım kəndində 345 ailə, 1106 nəfər, Məzəm kəndində isə 106 ailə, 377 nəfər, cəmi nümayəndəlik üzrə 451 ailə, 1483 nəfər əhali qeydiyyatdadır. Nümayəndəliyin ərazisi 1200 kv.metrdir. İl ərzində nümayəndəlikdə 13 ölüm, 2 nigah, 15 doğum qeydə alınmışdır.
Hesabat ilində nümayəndəlik üzrə vətəndaşlara məxsus iribuynuzlu mal-qaranın sayı 800 baş, xırdabuynuzlu davarların sayı isə 4960 baş təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 5 baş, xırdabuynuzlu davarların baş sayı isə 50 baş artmışdır. 2017-ci ildə nümayəndəlik ərazisində 2018-ci ilin məhsulu üçün 87 hektarda əkin aparılmış, bundan 86 hektarında buğda, 1 hektarında vələmir əkilmişdir. Müvafiq olaraq Quşçu Ayrım kəndində 17 hektarda buğda, Məzəm kəndində isə 69 hektarda buğda, 1 hektarda vələmir əkini aparılmışdır.
Qeyd olunub ki, rayon rəhbərliyi əhalinin işsizliyinin aradan qaldırılması üçün durmadan, gecəli-gündüzlü çalışır. Bunun bariz nəticəsidir ki, 2017-ci ildə 30 nəfərdən artıq Quşçu Ayrım kənd sakini “I Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-də mövsümü, 1 nəfər isə daimi işlə təmin edilmişdir.
Quşçu Ayrım kənd İƏD-si üzrə nümayəndəliyində hesabat dövründə bir sıra işlər həyata keçirilmişdir. 603 paqonometr uzunluğunda 24 ailənin həyətinə istinad divarları çəkilmişdir. Quşçu Ayrım və Məzəm kənd sakinlərinin təhlükəsizliyini möhkəmləndirmək məqsədilə sahə polis məntəqəsi tikilib istifadəyə verilmişdir. Kənd qəbiristanlıqlarında və kənd ərazisində mütamadi olaraq iməciliklər keçirilmiş, səliqə-sahman yaradılmışdir.
Quşçu Ayrım kənd ərazisində olan artezian ilə Məzəm kənd Coğaz su dəryaçasından gələn su xətti birləşdirilərək əlavə yeni su nasosu quraşdırılmış və Quşçu Ayrım kənd əhalisinin istifadəsinə verilmişdir.
Quşçu Ayrım və Məzəm kənd sakinlərinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatında heç bir problem yoxdur. Marşrutla tam təmin olunmuşdur.
Quşçu Ayrım kəndində 1 feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 klub, 1 EATS, Quşçu Ayrım və Məzəm kəndlərinə 1 poçt məntəqəsi əhaliyə xidmət göstərir. Müvafiq olaraq Məzəm kəndində də 1feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 klub, 1 EATS əhalinin xidmətindədir.
Şəhid atası Aslan Pirvəliyev və Abbas Mirzəyev çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Kənd sakinlərindən Mahirə İsmayılova, Süleyman Süleymanov, Bahadur Məmmədov, Tahir Allahverdiyev, Nuru Hacıyev, Rəsul Rüstəmov, Bəhruz Süleymanov, Firəngiz Cəfərova, İradə İsgəndərova, Vüsalə Əliyeva, Misgər Isgəndərov söz alaraq kənddə görülən işlərdən danışıblar. Qeyd ediblər ki,“Biz Sizdən çox razıyıq. Bu gün hər bir evdə rayon rəhbərliyinə böyük bir inam var. Bu da İcra Başçısının vətəndaş amilini ön plana çəkməsindən, sərhəd kəndlərində yaşayan sakinlərə daim diqqət və qayğı göstərməsindən irəli gəlir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq bildirib ki, “Siz çox mərd və dəyərli insanlarsınız. Ona görə Siz hər cür diqqət və qayğıya layiqsiniz”.

Elçin İSMAYIL
Facebook-da paylaş