• Təqvim

  • Maraq



2024-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri


2024-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 391 milyon 632,7 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə sənayedə 19,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 6,8 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,4 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, tikintidə 67,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 42,7 faiz azalmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində məhsul və xidmətlərin 91,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 4062,6 manat təşkil etmişdir.

Sənaye. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 153 milyon 36,9 min manatlıq və ya 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 19,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,9 faiz, emal sektoru 70,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 12,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 86,4 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 20,4 faiz artmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarında mədənçıxarma sektorunda 24 milyon 351,7 min manatlıq, emal sektorunda 107 milyon 846,1 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 39,2 faiz, emal sektorunda 18,6 faiz artmışdır. Emal sektorunda 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən tikinti materiallarının istehsalı 17,8 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 19 milyon 551,0 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 78279,8 MVt.s elektrik enerjisi, 105,29 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 16,5 faiz artmış, əhaliyə və digər istehlakçılara 930,5 min kubmetr təbii su verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 4264,6 ton ət (diri çəkidə), 25077,3 ton süd, 9480,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1,5 ton, süd istehsalı 11,6 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır. 2024-cü ilin oktyabr ayının 1-nə 29377 baş iribuynuzlu mal-qara (ondan 16039 baş inək və camış), 125997 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 216 baş (0,7 faiz), qoyun və keçilər 1846 baş (1,4 faiz) azalmışdır.

Tikinti. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon 681,8 min manat məbləğində, yaxud 2023-cü ilin eyni dövrü ilə  müqayisədə   67,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyon 411,6 min manatı və ya 98,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 10615,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin eyni dövrünə nisbətən 7,4 faiz artım müşahidə olunmuşdur. 2024-cü ilin   yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1085,0 min ton yük daşınmış və 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7,5 faiz artmışdır.

İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 1 milyon 34,8 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 741,6 min manatı və ya 72,2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 42,7 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 74,4 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 50,5 faiz azalmışdır.

Pərakəndə ticarət. 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 224 milyon 587,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 33 milyon 100,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,4 faiz artmışdır. Ticarət şəbəkələrində 138 milyon 911,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 85 milyon 676,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 3,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 3,6 faiz artmışdır.

İstehlak qiymətləri indeksləri. 2024-cü ilin sentyabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində avqust ayına nisbətən 1,4 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,2 faiz, qeyri-qida məhsullarının qiymətlərində 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,5 faiz bahalaşma müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 2,2 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 2,2 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,2 faiz bahalaşma müşahidə olunmuşdur.

Əməkhaqqı. 2024-cü ilin yanvar-sentyabr  ayları   ərzində  muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 714,8 manat, dövlət sektorunda 676,0 manat, qeyri-dövlət sektorunda 777,1 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1665,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 894,9 manat, maliyyə və sığorta sahəsində 1706,4 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 408,3 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1010,3 manat, təhsil sahəsində 608,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,8 manat, istirahət, əyləncə və incəsənət sahəsində 464,8 manat təşkil etmişdir.

Demoqrafik vəziyyət. 2024-cü ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı ilkin hesablamalara əsasən 212 nəfər artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 96 min 418 nəfər təşkil etmişdir. 

Cədvəl 1

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR 

 

2024-cü ilin yanvar-sentyabr aylarında,

faktiki

qiymətlərlə 

 

2024-cü ilin  yanvar-sentyabr ayları 2023-cü  ilin  yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

Məlumat üçün

2023-cü ilin yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

391632,7

100,4

103,6

Sənaye məhsulunun ümumi həcmi*), min manat

153036,9

119,1

103,8

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat, o cümlədən tikinti-quraşdırma işlərinə

13681,8

 

13411,6

32,8

 

32,5

107,0

 

106,7

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

143599,6

99,8

102,5

Nəqliyyat sektorunda yük daşınması*), min ton                 

1085,0

107,5

109,7

Nəqliyyat sektorunda sərnişin daşınması*), min sərnişin

10615,0

107,4

121,6

İnformasiya və rabitə xidmətləri,  min manat

1034,8

57,3

116,4

Pərakəndə ticarət dövriyyəsi*),  min manat

224587,0

103,4

102,3

Əhaliyə göstərilən ödənişli xidmətlər*), min manat

33100,0

102,4

120,1

Orta aylıq nominal əməkhaqqı, manat

714,8

111,3

116,6

Əhalinin sayı, 01.10.2024

vəziyyətinə, nəfər

96418

100,3

100,3

Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla;

Ümumi məhsul buraxılışı

2024-cü ilin yanvar-sentyabr ayları ərzində 391 milyon 632,7 min manat həcmində və ya 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0,4 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 4062,6 manat təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 153 milyon 36,9 min manat (39,1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 143 milyon 599,6 min manat (36,7 faiz), tikintidə 13 milyon 411,6 min manat (3,4 faiz), nəqliyyat və anbar təsərrüfatı  sahəsində 8 milyon 682,0 min manat (2,2 faiz), informasiya və rabitə sahəsində 1 milyon 34,8 min manat (0,3 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 71 milyon 867,8 min manat (18,3 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 19,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 6,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,4 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, tikintidə 67,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 42,7 faiz azalmışdır.

Cədvəl 2

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi

                                                                           

2024-cü ilin yanvar-sentyabr ayları

faktiki

qiymətlərlə,

min manat

2023-cü ilin yanvar-sentyabr ayları

faktiki qiymətlərlə,

min manat

Qiymət indeksi, faizlə

2024-cü ilin yanvar-sentyabr ayları 

2023-cü ilin qiymətləri ilə,

min manat 

Fiziki

həcm

indeksi,

faizlə

Ümumi

həcmdə

xüsusi

çəkisi,

faizlə

A

1

2

3

4

5

6

Sənaye

153036,9

144333,3

89,0

171901,0

119,1

39,1

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq    

143599,6

140068,4

102,7

139841,5

99,8

36,7

Tikinti

13411,6

41235,6

100,0

13411,6

32,5

3,4

Nəqliyyat və anbar təsərrüfatı 

8682,0

8277,1

98,2

8839,9

106,6

2,2

İnformasiya və rabitə

1034,8

1797,8

100,5

1030,1

57,3

0,3

Ticarət, nəqliyyat vasitələrinin təmiri

71867,8

68900,5

100,9

71243,1

103,4

18,3

Yekun:

391632,7

404612,7

96,4

406267,2

100,4

100,0

Qrafik 1

2024-cü ilin yanvar-sentyabr aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə


Qrafik 2

2024-cü ilin yanvar-sentyabr aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə


 Sənaye

2024-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri tərəfindən 153 milyon 36,9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19,1 faiz çox olmuşdur. Ümumi istehsalın 86,2 faizini sənaye məhsulları, 13,8 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,9 faizi mədənçıxarma sektorunda, 70,5 faizi emal, 12,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 20,4 faiz artaraq 132 milyon 252,4 min manat və ya sənaye məhsulunun 86,4 faizini təşkil etmişdir.

Qrafik 3

2024-cü ilin yanvar-sentyabr aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə


İstehlakçılara 157 milyon 94,5 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 oktyabr 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 8 milyon 833,2 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 5,8 faizini təşkil etmişdir. 

Cədvəl 3

Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı

Fəaliyyət növlərinin adı

2024-cü ilin yanvar-sentyabr aylarında

istehsal

edilmişdir,

min manatla

2023-cü ilin yanvar-sentyabr aylarına 

nisbətən

sabit qiymətlərlə, faizlə

İstehsalın ümumi həcmində xüsusi çəkisi,

faizlə

 

Cəmi *) 

153036,9

119,1

100,0

 

o cümlədən:

 

 

 

 

dövlət sektoru

20784,5

-

13,6

 

qeyri-dövlət sektoru

132252,4

-

86,4

 

Mədənçıxarma sənayesi

24351,7

139,2

15,9

 

o cümlədən: mədənçıxarma sənayesinin digər sahələri

24351,7

139,2

15,9

 

Emal sənayesi

107846,1

118,6

70,5

o cümlədən:

 

 

 

qida məhsullarının istehsalı 

4883,9

13054,4

3,2

içki istehsalı

250,8

22,6

0,2

mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı

96,0

-

0,1

poliqrafiya məhsullarının istehsalı

369,1

5225,6

0,2

rezin və plastik kütlə məmulatlarının istehsalı

126,0

-

0,1

tikinti materiallarının istehsalı

94491,3

117,8

61,7

mebellərin istehsalı

7607,0

96,3

5,0

sair sənaye məhsullarının istehsalı 

4,5

31,9

-

maşın və avadanlıqların quraşdırılması və təmiri

17,5

30,7

-

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

19551,0

99,8

12,8

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

1288,1

116,5

0,8

o cümlədən: suyun yığılması, təmizlənməsi və paylanması 

760,6

-

0,5

digər tullantıların yığılması və məhv  edilməsi

527,5

-

0,3

*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 107 milyon 846,1 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişrayon üzrə məhsul istehsalının ümumi həcmində 70,5 faiz təşkil etmiş və 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 18,6 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (87,6 faiz), qida məhsullarının istehsalı (4,5 faiz), mebellərin istehsalı (7,1 faiz)  təşkil edir. 

Qida məhsullarının istehsalı 4 milyon 883,9 min manat olmuş və bölmənin məhsullarının 4,5 faizini təşkil etmişdir. 

İçki istehsalının real həcmi 250,8 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 19 milyon 551,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 78279,8 MVts elektrik enerjisi, 105,29 milyon kubmetr təbii qaz verilmişdir.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 16,5 faiz artmış və 1 milyon 288,1 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 930,5 min kubmetr təbii su verilmişdir.

Cədvəl 4

Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)

Məhsul növlərinin adı və

ölçü vahidi

2024-cü ilin yanvar-sentyabr aylarında istehsal

edilmişdir 

2023-cü

ilin yanvar-sentyabr aylarına

nisbətən,

faizlə

01.10.2024-cü il

vəziyyətinə

hazır məhsul ehtiyatı

Mədənçıxarma sənayesi 

bentonit, ton

162130,5

163,9

118192,0

əhəngdaşı  tozu, ton

12775,2

74,4

-

inşaat  üçün əhəng     daşı, ton

20230,0

73,8

-

kvarsit, ton 

85657,0

-

-

Qida məhsullarının istehsalı 

 

 

 

buğda və ya çovdarla qarışıq buğda unu, ton

212,4

153,4

-

çörək, ton

835,49

112,4

-

İçki istehsalı

Şirinləşdirilməmiş mineral və qazlı sular, min dekalitr

33,07

56,0

-

Sement istehsalı

Sement, min ton

532,51

105,6

-

Mebellərin istehsalı

yataq, yemək və  qonaq  otaqları üçün taxta mebellər, ədəd

5252

100,4

-

Elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi və təchizatı

elektrik enerjisinin bölüşdürülməsi, MVt.s

78279,8

102,4

-

qazın bölüşdürülməsi, milyon kub metr

105.29

101,6

-

buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, Q.kal

2979,2

90,6

-

təbii suyun yığılması və bölüşdürülməsi, min kubmetr

930,5

 

110,9

-

 *) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla

Tikinti

Əsas kapitala yönəldilmiş vəsaitlər

İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon 681,8 min manat və ya 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 67,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyon 411,6 min manatı və ya 98,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 69,5 faizini dövlət sektoru, 30,5 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.

Cədvəl 5

Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər

 

2024-cü ilin yanvar-sentyabr ayları,

min manatla

2023-cü ilin yanvar-sentyabr aylarına

 nisbətən, 

faizlə

Ümumi

 həcmdə 

xüsusi                      çəkisi, faizlə

Cəmi

13681,8

32,8

100,0

o cümlədən:

 

 

 

dövlət sektoru

9509,3

24,6

69,5

qeyri-dövlət sektoru

4172,5

134,5

30,5

Qrafik 4

2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala yönədilmiş vəsaitlərin 

mülkiyyət növləri üzrə strukturu, faizlə


Tikinti müəssisələrinin fəaliyyəti haqqında

2024-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 8 milyon 929,3 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 8 milyon 631,2 min manatını, yaxud 96,7 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri  təşkil etmişdir. 3,3 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.

Cədvəl 6  

Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla 

(2024-cü ilin yanvar-sentyabr ayları)

 

Cəmi

Ümumi

 yekuna nisbətən, 

faizlə

2023-cü ilin yanvar-sentyabr aylarına

 nisbətən, faizlə

 Cəmi

8929,3

100,0

4.9 d

o cümlədən:

 

 

 

Hüquqi şəxslər 

8631,2

96,7

5,2 d

o cümlədən:

 

 

 

tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə

7038,2

78,8

4,9 d

 cari təmir

1593,0

17,8

-

Fiziki şəxslərin yerinə yetirdiyi işlər

298,1

3,3

172,8

Kənd təsərrüfatı

2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 143 milyon 599,6 min manat təşkil etmiş, 2023-cü ilin yanvar-sentyabr ayları   ilə  müqayisədə 0,2 faiz azalmışdır. 

Bitkiçilik. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 iyul 2024-cü il tarixinə əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur.

Cədvəl 7 

Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar

 

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentabr ayları

2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

Cəmi əkin sahəsi 

18533,0

18967,0

97,7

o cümlədən:

 

 

 

dənlilər və dənli paxlalı bitkilər

11921,0

12337,0

96,6

o cümlədən :buğda

4507,0

5243,0

86,0

arpa

6938,0

6611,0

104,9

vələmir

80,0

80,0

100,0

sorqo

32,0

36,0

88,9

paxlalılar

14,0

17,0

82,4

qarğıdalı

350,0

350,0

100,0

günəbaxan

40,0

50,0

80,0

tərəvəz

791,0

780,0

101,4

bostan bitkiləri

45,0

43,0

104,7

kartof

1320,0

1300,0

101,5

yem bitkiləri

4416,0

4457,0

99,1

                                                                                                           Cədvəl 8

01.10.2024-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq

 

Yığılmış sahə, hektar

Yığılmış məhsul, ton

Məhsuldarlıq, sen/ha

Dənli bitkilər, cəmi 

11857,0

37587,4

31,7

o cümlədən :buğda

4507,0

14891,7

33,0

arpa

6938,0

20784,5

30,0

qarğıdalı

300,0

1620,0

54,0

sair dənli bitkilər

112,0

291,2

26,0

Paxlalı bitkilər,cəmi

14,0

29,4

21,0

Günəbaxan dəni

40,0

92,0

23,0

Tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular, cəmi

2156,0

65442,2

303,5

o cümlədən: yaşıl lobya

181,0

398,2

22,0

kələm

55,0

1430,0

260,0

qarpız

40,0

1000,0

250,0

yemiş

5,0

125,0

250,0

bibər

55,0

1375,0

250,0

xiyar

121,0

4445,0

367,4

badımcan

35,0

997,0

284,9

pomidor

215,0

7520,0

349,8

baş sarımsaq

15,0

212,0

141,3

baş soğan

30,0

900,0

300,0

kartof

1320,0

46200,0

350,0

sair tərəvəzlər

84,0

840,0

100,0

Yem bitkiləri, cəmi

4416,0

14131,2

32,0

Meyvələr, cəmi

-

11920,9

74,0

Giləmeyvələr, cəmi

-

855,0

198,4

Üzüm, cəmi

-

3242,0

113,9

Heyvandarlıq. 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 4264,6 ton ət, 25077,3 ton süd, 9480,0 min ədəd yumurta və 237,6 ton yun  istehsal edilmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1,5 ton, süd istehsalı 11,6 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır.

Cədvəl 9

Heyvandarlıq məhsullarının istehsalı, ton

       

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən

%

+, -

Ət (diri çəkidə)

4264,6

4263,1

100,0

+1,5

Süd

25077,3

25065,7

100,0

+11,6

Yumurta, min ədəd

9480,0

9475,0

100,1

+5,0

Yun

237,6

237,6

100,0

+

2024-cü ilin oktyabr ayının 1-i tarixinə 29377 baş iribuynuzlu mal-qara (ondan 16039 baş inək və camış), 125997 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 216 baş (0,7 faiz), inək və camışların sayı 174 baş (1,1 faiz), qoyun və keçilərin sayı 1846 baş (1,4 faiz) azalmışdır.

Cədvəl 10

      Mal-qaranın sayı, 01.10.2024-cü il tarixinə, baş

       

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr

 ayları

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən

%

+, -

İribuynuzlu mal-qara  

29377

29593

99,3

-216

ondan:

 

 

 

 

inək və camışlar

16039

16213

98,9

-174

Qoyun və keçilər

125997

127843

98,6

-1846

Nəqliyyat

2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 10615,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7,4 faiz artmışdır.

Cədvəl 11

Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər

 

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr 

ayları

2024-cü ilin yanvar-sentyabr  ayları 2023-cü ilin

 yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Cəmi

10615,0

9884,0

107,4

2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1085,0 min ton yük daşınmış və 2023-cü ilin eyni dövrünə nisbətən 7,5 faiz artmışdır.

Cədvəl 12

Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton

 

 

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları  2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən,          faizlə

 Cəmi

1085,0

1009,0

107,5

2024-cü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 8 milyon 682,0 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,6 faiz artmışdır. Göstərilmiş xidmətin 237,2 min manatı (2,7 faizi) dövlət sektorunun, 8 milyon 444,8 min manatı (97,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. 

Cədvəl 13

 

2024-cü  ilin yanvar-sentyabr ayları

2023-cü  ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları  2023-cü ilin yanvar-sentyabr aylarına  nisbətən, faizlə

Nəqliyyat xidmətindən əldə olunan gəlir, faktiki qiymətlərlə

8682,0

8277,1

106,6

o cümlədən:

 

 

 

dövlət sektoru

237,2

548,6

43,9

qeyri-dövlət sektoru

8444,8

7728,5

111,0

İnformasiya və rabitə

İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 42,7 faiz azalaraq 1 milyon 34,8 min manat təşkil etmişdir ki, bunun da 741,6 min manatı (71,7 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 53,0 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 74,9 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 25,1 faiz təşkil etmişdir.

Cədvəl 14

İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat 

 

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları

2024-cü ilin yanvar-sentyabr ayları 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən,

 faizlə

İnformasiya və rabitə 

xidmətlərindən əldə olunan gəlir

 

1034,8

 

1797,8

 

57,3

 o cümlədən:

 

 

 

dövlət sektoru

770,0

1550,3

49,5

qeyri-dövlət sektoru

264,8

247,5

106,6

İstehlak bazarı

2024-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 257 milyon 687,0 min manat olmaqla 2023-cü ilin yanvar-sentyabr aylarına  nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artmışdır.

Cədvəl 15

İstehlak bazarı üzrə əsas göstəricilər

                                  

2024-cü ilin yanvar-sentyabr ayları,

min manatla

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin  yanvar-sentyabr aylarına

nisbətən, faizlə

İstehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri

257687,0

103,3

o cümlədən:

 

 

dövlət mülkiyyəti üzrə

7944,7

84,7

qeyri-dövlət mülkiyyəti üzrə

249742,3

104,0

ondan: fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

 

194455,0

 

107,6

Əmtəə bazarı

2024-cü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət şəbəkələrində istehlakçılara 224 milyon 587,0 min manatlıq məhsul satılmış və onun 138 milyon 911,0 min manatını (61,9 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 85 milyon 676,0 min manatını (38,1 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,4 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,5 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdır.

Cədvəl 16

Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu

 

2024-cü ilin yanvar-sentyabr ayları,

min manatla

Ümumi yekunda xüsusi çəkisi, faizlə

2024-cü ilin yanvar-sentyabr ayları 

2023-cü ilin yanvar-sentyabr aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

224587,0

100,0

103,4

o cümlədən:

 

 

 

ərzaq məhsulları, içkilər və tütün məmulatları

138911,0

61,9

103,5

qeyri-ərzaq malları

85676,0

38,1

103,6

2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 258,9 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 160,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 98,8 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 24,1 faizini hüquqi şəxslər, 21,9 faizini fərdi sahibkarlar tərəfindən, 54,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir.

Cədvəl 17

Məhsul bazarı üzrə əsas göstəricilər

 

2024-cü ilin yanvar-sentyabr ayları,

min manatla

2024-cü ilin yanvar-sentyabr ayları 

2023-cü ilin yanvar-sentyabr aylarına 

nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

224587,0

103,4

o cümlədən:

 

 

müəssisələr üzrə

54038,3

119,8

fərdi sahibkarlar üzrə

49224,6

133,4

bazar və yarmarkalar üzrə

121324,1

89,8

Qrafik 5

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə 


Cədvəl 18

Pərakəndə ticarət dövriyyəsinin dinamikası 

 

Əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən, 

müqayisəli qiymətlərlə, faizlə

Pərakəndə

 ticarət dövriyyəsi

o cümlədən

ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə

qeyri-ərzaq

malları üzrə

   2024-cü il

Yanvar-sentyabr

103,4

103,5

103,6

   2023-cü il

Yanvar-sentyabr

102,3

102,0

102,4

01.10.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 15 milyon 127,4 min manat təşkil etmişdir.

İctimai iaşə xidmətləri

2024-cü ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz artaraq 3 milyon 420,0 min manat olmuşdur.

Cədvəl 19

 

2024-cü ilin yanvar-sentyabr ayları,

min manatla

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

İctimai iaşə xidmətləri, cəmi 

3420,0

108,0

o cümlədən:

 

 

hüquqi şəxslər  üzrə

-

-

fiziki şəxslər üzrə

3420,0

108,0

Əhaliyə göstərilən ödənişli xidmətlər

2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrünə nisbətən real ifadədə 2,4 faiz artaraq 33 milyon 100,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyon 193,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 27,8 faizini təşkil etmişdir.

Cədvəl 20

Ödənişli xidmətlərin göstərilməsi

 

2024-cü ilin yanvar-sentyabr aylarında,

min manatla

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü  ilin yanvar-sentyabr aylarına

nisbətən, faizlə

Ödənişli xidmətlərin ümumi dəyəri-cəmi

33100,0

102,4

o cümlədən: dövlət sektoru

7944,7

84,7

qeyri-dövlət sektoru 

25155,3

109,7

ondan: fiziki şəxslər 

23906,3

285,0

2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 343,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.

Cədvəl 21

Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri

 

Əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə, faizlə

Əhaliyə göstərilən ödənişli xidmətlər

o cümlədən

hüquqi şəxslər üzrə

fiziki şəxslər

 üzrə

2023-cü il

Yanvar-sentyabr

119,9

234,0

50,2

2024-cü il 

Yanvar-sentyabr

102,4

38,4

285,0

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 79,4 faiz təşkil etmişdir.

Cədvəl 22

İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri

 

2024-cü ilin yanvar-sentyabr ayları,

min manatla

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr aylarına  nisbətən, faizlə

Ümumi həcmdə 

xüsusi çəkisi, faizlə

İri və orta müəssisələr üzrə, cəmi

8821,3

40,5

100,0

o cümlədən:

 

 

 

digər sahələrin iri və orta müəssisələri

7000,8

97,1

79,4

o cümlədən:

 

 

 

sənaye

7000,8

97,1

79,4

əsas fəaliyyət növü üzrə ( iri və orta müəssisələr) 

1820,5

12,5

20,6

Qrafik 6

  2024-cü ilin yanvar-sentyabr aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə 

Qiymət indeksləri

            İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi

Rayon üzrə 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil etmişdir. 2024-cü ilin sentyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil etmişdir. 2024-cü ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin  müvafiq dövrünə nisbətən 101,1 faiz təşkil etmişdir. 2024-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,2 faiz təşkil etmişdir.

Cədvəl 23

İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət  indeksləri, faizlə

 

Cəmi məhsullar və xidmətlər

Qida məhsulları, içkilər və tütün  məmulatları

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən,

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2024-cü il

İyul

101,4

101,6

101,2

101,3

Avqust

100,6

101,9

100,2

101,8

Sentyabr

101,4

102,2

101,2

102,2

..ardı

 

Qeyri-qida məhsulları 

 Ödənişli     xidmətlər

əvvəlki aya nisbətən, faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

əvvəlki aya nisbətən, 

faizlə

əvvəlki ilin müvafiq dövrünə 

nisbətən,

 faizlə

2024-cü il

İyul

100,8

101,0

102,1

102,3

Avqust

100,3

101,1

101,3

102,6

Sentyabr

100,2

101,1

102,5

103,2

Muzdla işləyənlərin sayı

Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-sentyabr aylarında 11127 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6854 nəfər (61,6 faiz), qeyri-dövlət sektorunda isə 4273 nəfər (38,4 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,1 faizi sənaye (o cümlədən 2,8 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,4 faizi tikinti, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,1 faizi xidmət sahələrində, o cümlədən 27,3 faizi təhsil, 21,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar.

Yeni iş yerlərinin açılması

İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə 92 yeni iş yeri açılmış və 820 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 82-si mövcud müəssisə və təşkilatlarda, 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır.

Cədvəl 24

2023-cü ildə və 2024-cü ilin yanvar-sentyabr aylarında yeni açılmış

iş yerlərinin xarakteristikası

 

2023-cü il

 

2024-cü ilin 

yanvar-sentyabr 

aylarında

Yekuna görə xüsusi çəkisi, faizlə

Yeni iş yerlәrinin sayı (fərdi sahibkarlar istisna olmaqla), cәmi

81

92

100,0

o cümlədən:

 

 

 

yeni yaradılmış müəssisə və təşkilatlarda

15

10

10,9

mövcud  müəssisə və təşkilatlarda

66

82

89,1

Yeni yaradılmış fәrdi sahibkarlıq subyektlәrinin sayı

1144

820

100,0

Əməkhaqqı

2024-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 714,8 manat, həmçinin dövlət sektorunda 676,0 manat, qeyri-dövlət sektorunda 777,1 manat təşkil etmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən  rayon üzrə 11,3 faiz, o cümlədən dövlət sektoru üzrə 5,1 faiz, qeyri-dövlət sektoru üzrə isə 21,2 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1665,8 manat, mədənçıxarma sənayesində 1015,1 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 894,9 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 854,9 manat, maliyyə və sığorta sahəsində 1706,4 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1010,3 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,8 manat təşkil etmişdir.\

Cədvəl 25

2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı

Hərfi

işarəsi

 

 

 

Fəaliyyət növləri

İşçilərin

sayı,

nəfər

 

Bir işçiyə düşən orta aylıq nominal 

əməkhaqqı, manatla

2024-cü ilin yanvar-sentyabr aylarında 

 

2023-cü ilin yanvar-sentyabr aylarına 

 nisbətən, 

faizlə

Orta  rayon göstəricisinə

nisbətən,

faizlə

 

Cəmi

11127

714,8

111,3

100,0

 

ondan:

 

 

 

 

 

dövlət mülkiyyəti

6854

676,0

105,1

94,6

 

qeyri-dövlət mülkiyyəti

4273

777,1

121,2

108,7

 

o cümlədən:

 

 

 

 

A

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

487

479,4

95,0

67,1

B

Mədənçıxarma sənayesi

314

1015,1

115,4

142,0

C

Emal sənayesi*)

846

1665,8

154,6

233,0

D

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

244

894,9

104,6

125,2

E

Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

163

498,6

105,0

69,8

F

Tikinti

265

463,8

83,6

64,9

G

Ticarət, nəqliyyat vasitələrinin təmiri*) 

2422

471,1

101,7

65,9

H

Nəqliyyat və anbar təsərrüfatı

236

854,9

95,1

119,6

İ

Yaşayışın təşkili və ictimai iaşə                     

23

419,2

101,8

 

58,6

J

İnformasiya və rabitə

122

696,0

125,6

97,4

K

Maliyyə və sığorta fəaliyyəti

129

1706,4

126,4

238,7

L

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

41

408,3

103,1

57,1

M

Peşə, elmi və texniki fəaliyyət

31

571,8

108,9

80,0

...ardı

N

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

230

512,5

109,9

71,7

O

Dövlət idarəetməsi və müdafiə; sosial təminat                                

620

1010,3

108,6

141,3

P

Təhsil

3041

608,7

104,5

85,2

Q

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

1289

761,8

106,8

106,6

R

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

588

464,8

99,4

65,0

S

Digər sahələrdə xidmətlərin göstərilməsi

36

768,1

113,4

107,5








*) Fiziki şəxslər nəzərə alınmaqla

Qrafik 7

2024-cü və 2023-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla

 

Demoqrafik vəziyyət

01.01.2024-cü il tarixinə əhalinin 19,7 min nəfəri (20,5 faizi) 0-14 yaşda, 66,7 min nəfəri (69,3 faizi) 15-64 yaşda və 9,8 min nəfəri (10,2 faizi) 64 yaşdan yuxarı yaşdadır. Əhalinin sayı 2024-cü ilin yanvar-sentyabr aylarında 212 nəfər artaraq 01.10.2024-cü il tarixinə 96 min 418 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 438 nəfər) kişilər, 50,8 faizini (48 min 980 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur.

Cədvəl 26 

Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar-sentyabr ayları) 

Demoqrafik göstəricilər

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2024-cü il

 

2023-cü il

 

  Artım(+)

azalma(-)

2024-cü il

 

2023-cü il

 

2024-cü il 2023-cü ilə nisbətən,

faizlə

Ümumi artım

212

308

-96

2,9

4,2

57,1

Təbii artım

246

280

-34

3,4

3,8

71,1

Doğulanlar

765

811

-46

10,6

11,0

90,0

Ölənlər

519

531

-12

7,2

7,2

100,0

Nikahlar

394

369

+25

5,5

5,0

102,0

Boşanmalar

157

110

+47

2,2

1,5

146,7

Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında rayonda 765 nəfər doğulan körpə, 519 ölüm, 394 nikaha daxilolma, 157 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 10,6, ölənlər 7,2, nikahlar 5,5, boşanmalar 2,2 təşkil etmişdir.

Qrafik 8

2024-cü və 2023-cü ilin yanvar-sentyabr aylarında demoqrafik göstəricilər, nəfərlə

 


Cədvəl 27

Əhalinin mexaniki hərəkətinin göstəriciləri

S/s

Miqrasiya göstəriciləri

 

Nəfərlə

Əhalinin hər 1000 nəfərinə

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları 

2024-cü ilin yanvar-sentyabr ayları

2023-cü ilin yanvar-sentyabr ayları

1

Miqrasiya  saldosu

+29

+28

0,4

0,4

2024-cü ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə miqrasiya saldosu müsbət 29 nəfər təşkil etmişdir. 

Dürdanə XƏLİLOVA,

Qazax Rayon Statistika İdarəsinin rəisi



Facebook-da paylaş