Əsas Səhifə > Kənd təsərrüfatı > 2024-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri
2024-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonunun sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri22-11-2024, 10:54 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü ilin yanvar-sentyabr aylarında Qazax rayonu üzrə iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 391 milyon 632,7 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə sənayedə 19,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 6,8 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,4 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, tikintidə 67,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 42,7 faiz azalmışdır. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində məhsul və xidmətlərin 91,0 faizi iqtisadiyyatın qeyri-dövlət sektoruna aid olmuşdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsul və xidmətlər 4062,6 manat təşkil etmişdir. Sənaye. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində faktiki qiymətlərlə 153 milyon 36,9 min manatlıq və ya 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 19,1 faiz çox sənaye məhsulu istehsal edilmiş və sənaye xidmətləri göstərilmişdir. İstehsalın ümumi həcmində mədənçıxarma sektoru 15,9 faiz, emal sektoru 70,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru 12,8 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoru 0,8 faiz təşkil etmişdir. Məhsulun 86,4 faizi qeyri-dövlət sektorunun payına düşmüş və 2023-cü ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 20,4 faiz artmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarında mədənçıxarma sektorunda 24 milyon 351,7 min manatlıq, emal sektorunda 107 milyon 846,1 min manatlıq məhsul istehsal edilmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən məhsul istehsalı müqayisəli qiymətlərlə mədənçıxarma sektorunda 39,2 faiz, emal sektorunda 18,6 faiz artmışdır. Emal sektorunda 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən tikinti materiallarının istehsalı 17,8 faiz artmışdır. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın real həcmi 19 milyon 551,0 min manat təşkil etmiş, rayon əhalisinə və digər istehlakçılara 78279,8 MVt.s elektrik enerjisi, 105,29 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsalın real həcmi 16,5 faiz artmış, əhaliyə və digər istehlakçılara 930,5 min kubmetr təbii su verilmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq sahəsində 4264,6 ton ət (diri çəkidə), 25077,3 ton süd, 9480,0 min ədəd yumurta, 237,6 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1,5 ton, süd istehsalı 11,6 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır. 2024-cü ilin oktyabr ayının 1-nə 29377 baş iribuynuzlu mal-qara (ondan 16039 baş inək və camış), 125997 baş qoyun və keçi mövcud olmuşdur. 2023-cü ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 216 baş (0,7 faiz), qoyun və keçilər 1846 baş (1,4 faiz) azalmışdır. Tikinti. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon 681,8 min manat məbləğində, yaxud 2023-cü ilin eyni dövrü ilə müqayisədə 67,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyon 411,6 min manatı və ya 98,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Nəqliyyat. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 10615,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin eyni dövrünə nisbətən 7,4 faiz artım müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1085,0 min ton yük daşınmış və 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7,5 faiz artmışdır. İnformasiya və rabitə. İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə 1 milyon 34,8 min manatlıq xidmət göstərilmiş, xidmətlərin 741,6 min manatı və ya 72,2 faizi əhali tərəfindən istehlak olunmuşdur. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 42,7 faiz azalmış, bu sahədə əldə olunmuş gəlirin 74,4 faizi dövlət sektoru tərəfindən həyata keçirilmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 50,5 faiz azalmışdır. Pərakəndə ticarət. 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrindən əhaliyə 224 milyon 587,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 33 milyon 100,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir isə 2,4 faiz artmışdır. Ticarət şəbəkələrində 138 milyon 911,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 85 milyon 676,0 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının satışı 3,5 faiz, qeyri-ərzaq məhsullarının satışı 3,6 faiz artmışdır. İstehlak qiymətləri indeksləri. 2024-cü ilin sentyabr ayında istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində avqust ayına nisbətən 1,4 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 1,2 faiz, qeyri-qida məhsullarının qiymətlərində 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,5 faiz bahalaşma müşahidə olunmuşdur. 2024-cü ilin yanvar-sentyabr aylarında 2023-cü ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətlərində 2,2 faiz bahalaşma, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətlərində 2,2 faiz, qeyri-qida məhsullarının qiymətlərində 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 3,2 faiz bahalaşma müşahidə olunmuşdur. Əməkhaqqı. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 714,8 manat, dövlət sektorunda 676,0 manat, qeyri-dövlət sektorunda 777,1 manat təşkil etmişdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı orta rayon göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 1665,8 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 894,9 manat, maliyyə və sığorta sahəsində 1706,4 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində 408,3 manat, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində 1010,3 manat, təhsil sahəsində 608,7 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,8 manat, istirahət, əyləncə və incəsənət sahəsində 464,8 manat təşkil etmişdir. Demoqrafik vəziyyət. 2024-cü ilin yanvar-sentyabr aylarında rayon əhalisinin sayı ilkin hesablamalara əsasən 212 nəfər artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 96 min 418 nəfər təşkil etmişdir. Cədvəl 1 MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
Qeyd: *) fiziki şəxslər nəzərə alınmaqla; Ümumi məhsul buraxılışı 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 391 milyon 632,7 min manat həcmində və ya 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 0,4 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, ÜMB-nin hər nəfərə həcmi 4062,6 manat təşkil etmişdir. 2024-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 153 milyon 36,9 min manat (39,1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 143 milyon 599,6 min manat (36,7 faiz), tikintidə 13 milyon 411,6 min manat (3,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 8 milyon 682,0 min manat (2,2 faiz), informasiya və rabitə sahəsində 1 milyon 34,8 min manat (0,3 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 71 milyon 867,8 min manat (18,3 faiz) təşkil etmişdir. Ümumi məhsul buraxılışı, sənayedə 19,1 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 6,6 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 3,4 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 0,2 faiz, tikintidə 67,5 faiz, informasiya və rabitə xidmətləri sahəsində 42,7 faiz azalmışdır. Cədvəl 2 İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi
Qrafik 1 2024-cü ilin yanvar-sentyabr aylarında ÜMB-də sahələrin xüsusi çəkisi, faizlə Qrafik 2 2024-cü ilin yanvar-sentyabr aylarında ÜMB-nin mülkiyyət növləri üzrə quruluşu, faizlə Sənaye 2024-cü ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri tərəfindən 153 milyon 36,9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmiş, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19,1 faiz çox olmuşdur. Ümumi istehsalın 86,2 faizini sənaye məhsulları, 13,8 faizini isə sənaye xidmətləri təşkil etmişdir. Məhsulun 15,9 faizi mədənçıxarma sektorunda, 70,5 faizi emal, 12,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Qeyri-dövlət sektorunda istehsalın həcmi 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 20,4 faiz artaraq 132 milyon 252,4 min manat və ya sənaye məhsulunun 86,4 faizini təşkil etmişdir. Qrafik 3 2024-cü ilin yanvar-sentyabr aylarında məhsul istehsalının sənayenin bölmələri üzrə strukturu, faizlə İstehlakçılara 157 milyon 94,5 min manatlıq sənaye məhsulu göndərilmiş, 01 oktyabr 2024-cü il tarixinə sənaye müəssisələrinin anbarlarında 8 milyon 833,2 min manatlıq hazır məhsul ehtiyatı olmuş və sənayenin ümumi məhsulunun 5,8 faizini təşkil etmişdir. Cədvəl 3 Sənayenin fəaliyyət növləri üzrə məhsul buraxılışı
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Emal sektorunun müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 107 milyon 846,1 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, rayon üzrə məhsul istehsalının ümumi həcmində 70,5 faiz təşkil etmiş və 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 18,6 faiz artmışdır. Sahə üzrə məhsul istehsalının əsasını tikinti materiallarının istehsalı (87,6 faiz), qida məhsullarının istehsalı (4,5 faiz), mebellərin istehsalı (7,1 faiz) təşkil edir. Qida məhsullarının istehsalı 4 milyon 883,9 min manat olmuş və bölmənin məhsullarının 4,5 faizini təşkil etmişdir. İçki istehsalının real həcmi 250,8 min manat olmuş, bölmə üzrə məhsulun 0,2 faizini təşkil etmişdir. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 19 milyon 551,0 min manatlıq məhsul buraxılmış və xidmətlər göstərilmişdir. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalmış, rayon əhalisinə və digər istehlakçılara 78279,8 MVts elektrik enerjisi, 105,29 milyon kubmetr təbii qaz verilmişdir. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin real həcmi 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 16,5 faiz artmış və 1 milyon 288,1 min manat təşkil etmişdir. Əhaliyə və digər istehlakçılara 930,5 min kubmetr təbii su verilmişdir. Cədvəl 4 Sənaye müəssisələri tərəfindən istehsal olunmuş əsas məhsul növləri*)
*) Fiziki şəxslər və ev təsərrüfatlarında sənaye fəaliyyətinə dair məlumatlar nəzərə alınmaqla Tikinti Əsas kapitala yönəldilmiş vəsaitlər İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13 milyon 681,8 min manat və ya 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 67,2 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyon 411,6 min manatı və ya 98,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 69,5 faizini dövlət sektoru, 30,5 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir. Cədvəl 5 Mülkiyyət növləri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər
Qrafik 4 2024-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala yönədilmiş vəsaitlərin mülkiyyət növləri üzrə strukturu, faizlə Tikinti müəssisələrinin fəaliyyəti haqqında 2024-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən yerinə yetirilmiş işlərin həcmi 8 milyon 929,3 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 8 milyon 631,2 min manatını, yaxud 96,7 faizini hüquqi şəxslərin yerinə yetirdiyi tikinti işləri təşkil etmişdir. 3,3 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Cədvəl 6 Tikinti müəssisələri və fiziki şəxslər tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri, min manatla (2024-cü ilin yanvar-sentyabr ayları)
Kənd təsərrüfatı 2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 143 milyon 599,6 min manat təşkil etmiş, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,2 faiz azalmışdır. Bitkiçilik. 2024-cü ilin məhsulu üçün 4507,0 hektar sahədə buğda, 6938,0 hektar sahədə arpa səpini aparılmışdır. 01 iyul 2024-cü il tarixinə əkin sahələrinin qəti uçotu aparılmışdır. Uçotun nəticələrinə əsasən ailə, kəndli təsərrüfatlarında və kənd təsərrüfatı müəssisələrində bitkilərin əkin sahələri aşağıdakı cədvəllə xarakterizə olunur. Cədvəl 7 Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, hektar
Cədvəl 8 01.10.2024-cü il tarixinə əkin sahələrindən məhsul toplanışı və məhsuldarlıq
Heyvandarlıq. 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 4264,6 ton ət, 25077,3 ton süd, 9480,0 min ədəd yumurta və 237,6 ton yun istehsal edilmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 1,5 ton, süd istehsalı 11,6 ton, yumurta istehsalı 5,0 min ədəd artmışdır. Cədvəl 9 Heyvandarlıq məhsullarının istehsalı, ton
2024-cü ilin oktyabr ayının 1-i tarixinə 29377 baş iribuynuzlu mal-qara (ondan 16039 baş inək və camış), 125997 baş qoyun və keçi mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 216 baş (0,7 faiz), inək və camışların sayı 174 baş (1,1 faiz), qoyun və keçilərin sayı 1846 baş (1,4 faiz) azalmışdır. Cədvəl 10 Mal-qaranın sayı, 01.10.2024-cü il tarixinə, baş
Nəqliyyat 2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 10615,0 min nəfər sərnişin daşınmış, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 7,4 faiz artmışdır. Cədvəl 11 Avtomobil nəqliyyatı sektorunda sərnişin daşınması, min nəfər
2024-cü ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1085,0 min ton yük daşınmış və 2023-cü ilin eyni dövrünə nisbətən 7,5 faiz artmışdır. Cədvəl 12 Avtomobil nəqliyyatı sektorunda yük daşınması, min ton
2024-cü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri tərəfindən 8 milyon 682,0 min manatlıq xidmət göstərilmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən 6,6 faiz artmışdır. Göstərilmiş xidmətin 237,2 min manatı (2,7 faizi) dövlət sektorunun, 8 milyon 444,8 min manatı (97,3 faizi) qeyri-dövlət sektorunun müəssisələri tərəfindən həyata keçirilmişdir. Cədvəl 13
İnformasiya və rabitə İlkin hesablamalara əsasən bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 42,7 faiz azalaraq 1 milyon 34,8 min manat təşkil etmişdir ki, bunun da 741,6 min manatı (71,7 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 53,0 faiz azalmışdır. Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 74,9 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 25,1 faiz təşkil etmişdir. Cədvəl 14 İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri, min manat
İstehlak bazarı 2024-cü ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 257 milyon 687,0 min manat olmaqla 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz artmışdır. Cədvəl 15 İstehlak bazarı üzrə əsas göstəricilər
Əmtəə bazarı 2024-cü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət şəbəkələrində istehlakçılara 224 milyon 587,0 min manatlıq məhsul satılmış və onun 138 milyon 911,0 min manatını (61,9 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 85 milyon 676,0 min manatını (38,1 faiz) qeyri-ərzaq malları təşkil etmişdir. 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 3,4 faiz artmış, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,5 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdır. Cədvəl 16 Pərakəndə ticarət dövriyyəsinin makrostrukturu
2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 258,9 manat olmuşdur. Ticarət şəbəkəsində bir rayon sakini orta hesabla ayda 160,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 98,8 manatlıq qeyri-ərzaq malları almışdır. Pərakəndə ticarət dövriyyəsinin 24,1 faizini hüquqi şəxslər, 21,9 faizini fərdi sahibkarlar tərəfindən, 54,0 faizini bazar və yarmarkalarda satılmış məhsulların həcmi təşkil etmişdir. Cədvəl 17 Məhsul bazarı üzrə əsas göstəricilər
Qrafik 5 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu, faizlə Cədvəl 18 Pərakəndə ticarət dövriyyəsinin dinamikası
01.10.2024-cü il tarixinə pərakəndə ticarət şəbəkələrində əmtəə qalığının həcmi 15 milyon 127,4 min manat təşkil etmişdir. İctimai iaşə xidmətləri 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,0 faiz artaraq 3 milyon 420,0 min manat olmuşdur. Cədvəl 19
Əhaliyə göstərilən ödənişli xidmətlər 2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin eyni dövrünə nisbətən real ifadədə 2,4 faiz artaraq 33 milyon 100,0 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyon 193,7 min manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 27,8 faizini təşkil etmişdir. Cədvəl 20 Ödənişli xidmətlərin göstərilməsi
2024-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla 343,4 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir. Cədvəl 21 Əhaliyə göstərilən ödənişli xidmətlərin indeksləri
İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmində sənaye müəssisələri 79,4 faiz təşkil etmişdir. Cədvəl 22 İri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri
Qrafik 6 2024-cü ilin yanvar-sentyabr aylarında iri və orta müəssisələr tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin xarakteristikası, faizlə Qiymət indeksləri İstehlak məhsullarının və ödənişli xidmətlərin istehlak qiymətləri indeksi Rayon üzrə 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil etmişdir. 2024-cü ilin sentyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,2 faiz təşkil etmişdir. 2024-cü ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,1 faiz təşkil etmişdir. 2024-cü ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,5 faiz, yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,2 faiz təşkil etmişdir. Cədvəl 23 İstehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri, faizlə
..ardı
Muzdla işləyənlərin sayı Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-sentyabr aylarında 11127 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 6854 nəfər (61,6 faiz), qeyri-dövlət sektorunda isə 4273 nəfər (38,4 faiz) təşkil etmişdir. Muzdlu işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 14,1 faizi sənaye (o cümlədən 2,8 faizi mədənçıxarma, 7,6 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı), 2,4 faizi tikinti, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olmuşdur. Muzdlu işçilərin 79,1 faizi xidmət sahələrində, o cümlədən 27,3 faizi təhsil, 21,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,1 faizi maliyyə və sığorta, 1,1 faizi informasiya və rabitə, 0,4 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 2,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi yaşayışın təşkili və ictimai iaşə sahələrində çalışmışlar. Yeni iş yerlərinin açılması İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə 92 yeni iş yeri açılmış və 820 yeni fərdi sahibkarlıq subyektləri yaradılmışdır. İş yerlərinin 82-si mövcud müəssisə və təşkilatlarda, 10-u yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır. Cədvəl 24 2023-cü ildə və 2024-cü ilin yanvar-sentyabr aylarında yeni açılmış iş yerlərinin xarakteristikası
Əməkhaqqı 2024-cü ilin yanvar-sentyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 714,8 manat, həmçinin dövlət sektorunda 676,0 manat, qeyri-dövlət sektorunda 777,1 manat təşkil etmiş, 2023-cü ilin yanvar-sentyabr aylarına nisbətən rayon üzrə 11,3 faiz, o cümlədən dövlət sektoru üzrə 5,1 faiz, qeyri-dövlət sektoru üzrə isə 21,2 faiz artmışdır. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı rayon göstəricisindən çox olmuş və emal bölməsində 1665,8 manat, mədənçıxarma sənayesində 1015,1 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində 894,9 manat, nəqliyyat və anbar təsərrüfatı sahəsində 854,9 manat, maliyyə və sığorta sahəsində 1706,4 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində 1010,3 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 761,8 manat təşkil etmişdir.\ Cədvəl 25 2024-cü ilin yanvar-sentyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı
*) Fiziki şəxslər nəzərə alınmaqla Qrafik 7 2024-cü və 2023-cü ilin yanvar-sentyabr aylarında rayon üzrə orta aylıq nominal əməkhaqqı, manatla
Demoqrafik vəziyyət 01.01.2024-cü il tarixinə əhalinin 19,7 min nəfəri (20,5 faizi) 0-14 yaşda, 66,7 min nəfəri (69,3 faizi) 15-64 yaşda və 9,8 min nəfəri (10,2 faizi) 64 yaşdan yuxarı yaşdadır. Əhalinin sayı 2024-cü ilin yanvar-sentyabr aylarında 212 nəfər artaraq 01.10.2024-cü il tarixinə 96 min 418 nəfərə çatmışdır. Əhalinin 49,2 faizini (47 min 438 nəfər) kişilər, 50,8 faizini (48 min 980 nəfər) qadınlar təşkil edir. Ərazisi 692 kv.km olan rayon əhalisinin bir kvadratkilometrə düşən sıxlığı 139 nəfər olmuşdur. Cədvəl 26 Əhalinin təbii hərəkətinin əsas göstəriciləri (yanvar-sentyabr ayları)
Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında rayonda 765 nəfər doğulan körpə, 519 ölüm, 394 nikaha daxilolma, 157 boşanma halları qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə doğulanlar 10,6, ölənlər 7,2, nikahlar 5,5, boşanmalar 2,2 təşkil etmişdir. Qrafik 8 2024-cü və 2023-cü ilin yanvar-sentyabr aylarında demoqrafik göstəricilər, nəfərlə
Cədvəl 27 Əhalinin mexaniki hərəkətinin göstəriciləri
2024-cü ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə miqrasiya saldosu müsbət 29 nəfər təşkil etmişdir. Dürdanə XƏLİLOVA, Qazax Rayon Statistika İdarəsinin rəisi Geri qayıt |