Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək bayram tədbirinə hər kəs dəvətlidir
Təqdirəlayiq haldır ki, Ulu Öndərin gələcəyimiz olan uşaqlara göstərdiyi dövlət qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə böyük təntənə ilə qeyd olunması da söylədiklərimizin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd olunacaqdır. İyunun 1-də saat 10:00-da Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçiriləcək bayram tədbirinə başda şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müharibə əlillərinin övladları olmaqla, bütün uşaqlar dəvətlidir.
“Uşaqlar bizim gələcəyimizdir!” söyləyən Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev uşaqlara, gənc və yeniyetmələrə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.


Facebook-da paylaş














