Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək bayram tədbirinə hər kəs dəvətlidir
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək bayram tədbirinə hər kəs dəvətlidirBu gün, 18:48 |
|
Təqdirəlayiq haldır ki, Ulu Öndərin gələcəyimiz olan uşaqlara göstərdiyi dövlət qayğısı bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hər il 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün ölkəmizdə böyük təntənə ilə qeyd olunması da söylədiklərimizin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd olunacaqdır. İyunun 1-də saat 10:00-da Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçiriləcək bayram tədbirinə başda şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müharibə əlillərinin övladları olmaqla, bütün uşaqlar dəvətlidir.
Geri qayıt |