Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası sürətlə davam etdirilir - FOTOLAR
Son illər cənab Prezident
İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğıları paytaxtla
yanaşı, bütün bölgələri əhatə edir. Bunu regionların sosial-iqtisadi inkişafı üzrə
qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarına əsasən bölgələrdə yeni məktəb
binalarının tikintisindən, təmirə ehtiyacı olan məktəblərin yenidən
qurulmasından, məktəblərin maddi-texniki bazasının gücləndirilməsindən aydın
şəkildə görmək olar. Həyata keçirilən bu işlər Azərbaycanda təhsilin hər zaman prioritet
sahə olmasından xəbər verir. Ölkəmizdə təhsil sahəsinin inkişafında Heydər Əliyev Fondu tərəfindən
reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də mühüm əhəmiyyət
daşıyır. Ən əsası da bu layihə təkcə
paytaxt Bakı ilə yekunlaşmır, respublikamızın bütün bölgələrini əhatə edir. İstər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin təhsil
sahəsinə olan dövlət qayğısının hər an hiss olunduğu rayonlardan biri də Qazax
rayonudur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı
təmirinin və ya tikintisinin salınması bunun bariz nümunəsidir. Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri
üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ölkə Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamına əsasən ilkin olaraq
iki milyon manatın ayrılması təhsil sahəsinə olan qayğının bundan sonra da
uğurla davam etdirilməsi deməkdir. Xəbər
verdiyimiz kimi, Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri isə Şahnabat
Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir. Hazırda Heydər
Əliyev Fondu tərəfindən məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa
olunur. Yanvar
ayından tikintisinə başlanılan 2 mərtəbədən ibarət olan yeni məktəb binasında
şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Belə ki, zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəbdə həcmi 25 kubmetr
olan içməli su anbarı, həcmi 120 kubmetr olan yanğından mühafizə üçün su anbarı
tikiləcək. Su nasosu stansiyası, qazanxana da inşa ediləcək. Həmçinin idman
zalı, akt zalı, yeməkxana və oyun meydançası da şagirdlərin ixtiyarına
veriləcək. İş
icraçısı Elnur Verdiyev zirzəminin tikintisinin başa çatdığını qeyd edir.
Hazırda isə yeni məktəb binasının birinci mərtəbəsinin hörgü işlərinə
başlanıldığını bildirir. Məlumat üçün bildirək ki,
rayonda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam
orta məktəbdə son tamamlanma işləri aparılır. Təhsil Nazirliyi tərəfindən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı
kənd tam orta məktəb üçün yeni binanın inşası davam edir. GOYEZEN.AZ
Facebook-da paylaş