Daş Salahlıda kənddaxili küçələrə çınqıl döşənib
Bu gün Azərbaycan nəinki müstəqil, eləcə də
güclü bir dövlət kimi bütün dünyada tanınır və söz sahibinə çevrilib. Bunu ölkəmizdə
aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu
layihələr, görülən məqsədyönlü tədbirlər bir daha sübut edir. Gündən-günə
inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında bütün
sahələrlə yanaşı yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü işlər
görülür. Dövlət
başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar
dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara
əsasən Qazaxda görülən məqsədyönlü işlər dediklərimizin əyani sübutudur. Təkcə
son illər rayonun Qazaxbəyli-Orta
Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı,
Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə
yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi
deməkdir. Qazaxda son 3 ildir ki, rayonda yeni yolların çəkilməsi
ilə yanaşı, şəhər və kəndlərdə küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin,
həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Rayon
rəhbərliyi tərəfindən hər il bu məqsədlə şəhər və kəndlərdə ehtiyac olan küçələrə
çınqıl daşınıb tökülməsi artıq bir ənənə halını alıb. Bu gün rayonun ən böyük yaşayış məntəqəsi
olan Daş Salahlı kəndində də kənddaxili küçələrə, eləcə də qəbiristanlığa gedən
yola çınqıl
daşınıb tökülərək hamarlanıb. 4 km-ə yaxın məsafənin çınqıllanması kənd sakinləri
tərəfindən də razılıqla qarşılanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş