Qazaxda şəhərdaxili yollara çınqıl döşənir
Milli müstəqillik
bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi,
hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan
bir xalq və millət daima var ola bilməz. Bu gün Azərbaycan nəinki
müstəqil, eləcə də güclü bir dövlət kimi bütün dünyada tanınır və söz sahibinə
çevrilib. Ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata
keçirilən uğurlu layihələr, görülən məqsədyönlü tədbirlər bunu söyləməyə əsas
verir. Gündən-günə inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin
rəhbərliyi altında bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı
istiqamətində də məqsədyönlü tədbirlər görülür.
Ölkə başçısının respublika və yerli
əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni
yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani
sübutudur. Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi
ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı da
bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə
xidmət göstərir. Məhz həmin Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri
rahat şəkildə yeni asfalt yoldan istifadə edə bilirlər.
Qazaxda yol
infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlər bununla
bitmir, ildən-ilə daha geniş vüsət alır. Dövlət başçısının avtomobil
yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən
rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu
istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün
bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək
olar.
Qazaxda son iki il yarım ərzində Kosalar,
Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların
çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu
deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb.
Bu il daha bir yolun - 2019-cu
ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər
kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla
davam etdirilməsinin əyani sübutudur. Artıq 5,1 km uzunluğu olan Ürkməzli-Dəmirçilər
avtomobil yolunda yenidənqurma işləri başa çatmışdır.
Sevindirici
haldır ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, küçədaxili yollarda da həm
nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə
bir sıra işlər görülür. Hər il bu məqsədlə şəhərin ehtiyac olan küçələrinə
çınqıl daşınıb tökülür, sonra isə hamarlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov M.Rəsulzadə küçəsində görülən işlərlə tanış olub.
Rayon rəhbərinə
məlumat verilib ki, artıq dünəndən Qazax şəhərinin küçələrində təmir işlərinə
başlanılıb. Şəhərin M.Rəsulzadə, M.Hüseyn,
Bakı, M.V.Vidadi, Ə.Seyidov,
Ə.Şıxlinski, M.Əsədov, Azərbaycan, Q.Kərəm, İ.Qayıbov, A.Kəmərli, F.Qayıbov,
Babək, Xətai, Tusi, Azadlıq, 28 may küçələrində,
eləcə də N.Nərimanov yaşayış massivində və "Çinardibi” deyilən ərazidə də küçələrə
çınqıl daşınıb tökülməsi nəzərdə tutulub. Tökülmüş çınqıllar hamarlanır, yollar
yararlı hala salınır. Küçələrdə təmir işləri davam etdirilir. Görülən işlər
sakinlər tərəfindən də razılıqla qarşılanır. GOYEZEN.AZ
Facebook-da paylaş