• Təqvim

  • Maraq



Qazaxın Dəmirçilər kəndinə yeni asfalt yol çəkilir


Bu gün Azərbaycan güclü bir dövlət kimi bütün dünyada söz sahibidir. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən, həyata keçirilən uğurlu layihələrdən, görülən məqsədyönlü tədbirlərdən aydın şəkildə görmək olur. Günü-gündən inkişaf edən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı da bu inkişafın davamı olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə xidmət göstərir. Məhz həmin Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri rahat şəkildə yeni asfalt yoldan istifadə edə bilirlər.

Qazax rayonunda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü işlər ildən-ilə artır. Ölkə başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.

Qazaxda son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu deməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər geniş miqyas alıb.

Bu il isə Qazaxda daha bir avtomobil yolunun çəkilişinə başlanılıb. 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsinin əyani sübutudur. Belə ki, bir neçə həftədir ki, Dəmirçilər kəndində yeni asfalt yolun çəkilməsinə start verilib.  

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Dəmirçilər kəndində yeni çəkilən yolda görülən işlərlə tanış olublar.

Baş mühəndis Elşad Nağıyev rayon rəhbərliyinə görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, işlərin belə sürətlə aparılması onu deməyə əsas verir ki, bu yeni asfalt yol da yaxın vaxtlarda kənd sakinlərinin istifadəsinə veriləcəkdir.

RİHB-nin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Gülnaz Mahmudova çıxış edərək kəndlərinə yeni asfalt yolun çəkilməsinə görə ölkə başçısı İlham Əliyevə kənd sakinləri adından dərin minnətdarlığını bildirib. Kənd sakinlərinin rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu xeyirxah işi yüksək qiymətləndirib.

Rayon rəhbərliyi görülən işlərlə tanış olduqdan sonra bəzi tapşırıq və tövsiyələrini verib, işlərin keyfiyyətlə aparılmasını və vaxtında başa çatdırılmasını qeyd edib.
















GOYEZEN.AZ

 


<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->


Facebook-da paylaş