• Təqvim

  • Maraq



Kəndarası yolların təmiri davam edir


Bu gün ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, çoxsaylı layihələr, görülən məqsədyönlü tədbirlər təkcə paytaxtla yekunlaşmır, respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla həyata keçirilir. Durmadan inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlərdən biri də yol infrastrukturunun inkişafı istiqamətində atılan addımlardır. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur.

Son iki il yarımdır ki, Qazaxda da yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür və ildən-ilə daha geniş vüsət alır. Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar.Təkcə son iki il yarım ərzində Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması onu söyləməyə əsas verir ki, rayonumuzda yolla bağlı görülən işlər vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir.   

Bu il daha bir yolun - 2019-cu ildə çəkilməsi nəzərdə tutulan və uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsinin əyani sübutudur. Artıq 5,1 km uzunluğu olan Ürkməzli-Dəmirçilər avtomobil yolunda yenidənqurma işləri başa çatmışdır.

Sevindirici hal isə odur ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də sakinlərin rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.

5 km uzunluğunda olan Quşçu Ayrım-Fərəhli yoluna qum-çınqılın döşənməsi, tökülmüş çınqılların hamarlanması, yolların yararlı hala salınması bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Bu gün isə daha bir kəndin – Çaylı kəndinin yollarına qum-çınqıl tökülərək hamarlanıb. 2 km uzunluğunda olan bu yolda görülən işləri kənd sakinləri də razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar. Yeni avtomobil yollarının çəkilməsinə, eyni zamanda, təmir olunmasına  görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırırlar.

Hazırda istər şəhərdaxili, istərsə də kənddaxili yollarda təmir işləri davam etdirilir.







GOYEZEN.AZ



Facebook-da paylaş