“Şuşalı şəhid” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib » Göyəzən internet portalı


“Şuşalı şəhid” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib

“Şuşalı şəhid” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyinin sifarişi ilə 2012-ci ildən etibarən “Yaddaş” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsilə sənədli filmlərinin istehsalına başlanılıb və bu silsilədən 70-dən çox film çəkilib.

Ərsəyə gələn növbəti sənədli film isə Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərova həsr edilmiş “Şuşalı şəhid” sənədli filmidir.
“Şuşalı şəhid” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Bu gün filmin təqdimat mərasimi ilə əlaqədar olaraq Mədəniyyət Mərkəzində keçirilən tədbirdə filmin ssenari müəllifi və rejisoru Kəmalə Musazadə çıxış edərək filmdə əməyi keçən və tədbirdə iştirak edən insanlara öz minnətdarlığını bildirib. Filmin əhəmiyyətindən söz açan müəllif qeyd edib ki, bu cür filmlərin çəkilməsində məqsəd gənc nəsildə vətənpərvərlik hissini aşılamaq və Milli Qəhrəmanlarımızı, şəhidlərimizi yaddan çıxarmamaqdır.
“Şuşalı şəhid” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Qazax RİHB Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova təqdimat mərasimində çıxış edərək müəllifə qazaxlılar adından minnətdarlığnı bildirib, gənclərimizin milli, mənəvi və vətənpərvərlik ruhunda tərbiyəsi üçün bu cür filmlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Şuşalı şəhid” sənədli filminin Qazaxda təqdimat mərasimi keçirilib
Onu qeyd edək ki, filmdə Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, yaxınları, doğmaları, döyüş yoldaşları və dostlarının şəhid haqqında fikirləri toplanıb.

GOYEZEN.AZ


Facebook-da paylaş